9 kəndin işğaldan azad edilməsindən iki il keçir - SİYAHI

Bu gün Azərbaycan ordusunun bir neçə kəndi işğaldan azad etməsindən iki il keçir. SİA xatırladır ki, 2020-ci ilin oktyabrın 30-da Cəbrayılın Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri işğaldan azad edilib.

Eyni gündə Zəngilanın Aladin, Vejnəli, Qubadlının Kavdadıq, Məmər və Mollalı kəndləri işğaldan təmizlənib.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə