Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından iki il keçdi

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından iki il keçdi

Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından iki il keçir. SİA xatırladır ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Vətən müharibəsində məğlubiyyətinin acığını mülki əhalidən çıxmaq üçün Gəncəni növbəti dəfə atəşə tutub.

Nəticədə ölən və yaralanan olmayıb.

Qeyd edək ki, Ermənistan Gəncəni birinci dəfə 2020-ci il oktyabrın 4-də, ikinci dəfə isə oktyabrın 5-də raketlərlə atəşə tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə