Prezidentin səfərləri ölkənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək - MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dekabrın 6-da Quba şəhərinə çox məhsuldar səfəri olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov qeyd edib.

Onun sözlərinə görə, Qubaya səfər zamanı cənab Prezident bir sıra obyektlərin açılışında, o cümlədən Olimpiya İdman Kompleksində yenidənqurma əsaslı təmir işləri ilə yaxından tanış olmuşdur. Prezident həmçinin Quba Soyqırımı Memorial Kompleksinin, Quba Gənclər Mərkəzinin, Quba-Qusar avtomobil yolunda Qudyalçay üzərində beşaşırımlı körpüsünün, Azərbaycan Milli Qolf Klubunun açılışlarında iştirak etmişdir. Ümumiyyətlə cənab Prezidentin bölgələrə səfəri Azərbaycan regionlarının inkişafına eyni zamanda vətəndaşların rifahına, hətta ən ucqar kəndlərdə yaşayan insanlarımızın şəraitinin yaxşılaşdırılmasına yönəlir.

Təbii ki, cənab Prezidentin və ailə üzvlərinin Quba şəhərinə səfəri bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda Quba səfəri onunla yadda qalmışdır ki, bu regionların inkişafına verilən növbəti töhfədir. Hal-hazırda son bir ildə işğaldan azad olunmuş ərazilərə böyük diqqət yetirilir, sürətli bərpa, quruculuq işləri həyata keçirilir və cənab Prezident mütəmadi olaraq həmin ərazilərə səfər edir, eyni zamanda dünənki səfər onu da göstərir ki, digər bölgələr də diqqətsiz qalmayıb. Həmçinin iqtisadi imkanlarımız imkan yaradır ki, nəinki Qarabağ bölgəsində hətta ölkəmizin digər bölgələrində abadlıq, quruculuq işləri aparılsın, yeni infrastruktur işlərinin reallaşması üçün şərait yaradır.

Onu da qeyd etmək istərdim ki, bütün bu regionlara səfərlər "Azərbaycan Regionlarının Sosial İqtisadi İnkişafı" Dövlət Proqramı çərçivəsində fasiləsiz, ara vermədən həyata keçirilir. Bu da təbii ki, gözəl bir göstəricidir. Düşünürəm ki, bu səfərlər o cümlədən cənab Prezidentin Quba şəhərinə səfəri ölkənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək, eyni zamanda orada yaşayan, işləyən insanlar işlə təmin olunacaq və qeyd edilən obyektlərin fəaliyyətə başlaması da qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcəkdir. Orada yaşayan vətəndaşların sosial rifahı yüksələcək. Təbi ki, bu səfərlər davam etdiriləcək və bütün bu işlər həm ölkəmizin, regionumuzun sosial-iqtisadi inkişafına, həm də vətəndaşlarımızın rifahının yüksəlməsinə xidmət edir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə