"Qarabağa qayıdış siyasəti uğurla həyata keçirilir" - DEPUTATDAN AÇIQLAMA

"Qarabağa Qayıdış planında öncə minaların təmizlənməsi həyata keçirilməlidir". Bunu SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu gün Qarabağ bölgəsində ölkəmiz minatəmizləmə işlərinin sürətlə həyata keçirir: "Baş planlar hazırlanmalıdır və planlara uyğun olaraq şəhər, qəsəbə və kənd salınmalıdır. Maksimum dərəcədə tez bir zamanda böyük qayıdış prosesi həyata keçirilməlidir. Bu gün bizim qarşımızda çox böyük missiya durur. Qısa müddətdə qaz və işiq çəkilişi, su təminatını həyata keçirilir. Su elektrik stansiyaları inşa olundu. Baş planlar hazırlandı və ciddi mühüm addımlar atıldı. Bu gün Qarabağa qayıdış siyasəti uğurla həyata keçirilir. Azərbaycan tez bir zamanda bölgədə dünyanın ən abad ən gözəl şəhərlərindən birinə çevriləcək. Mümkün potensial üçün ölkəmiz bu istiqamətdə də səynən çalışır. Digər mərhələdə isə artıq təmir bərpa quruculuq işləri həyata keçirilməlidir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə