"Əgər Ermənistan təxribatlardan əl çəkməsə..." - HƏRBİ EKSPERT REAKSİYA BİLDİRDİ

"Müdafiə naziri Zakir Həsənov rusların müvəqqəti nəzarətində olan ərazilərdən təxribatlara adekvat cavab verilməsi ilə bağlı bəyanatını ilk dəfə eşitdik". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert bildirib ki, bu bəyanat onunla əlaqədardır ki, hər il ermənilər sentyabrın 2-də Xankəndində separatçı rejim müstəqilliyinin il dönümünü qeyd edir: "Azərbaycanı narahat edən ikinci bir məsələ Ağdərədə saxlanılan hərbi qulluqçumuzla bağlıdır. Danışıqlar kifayət qədər istədiyimiz nəticəni vermir və erməni təxribatlarının davam etməsinə dair əlimizdə sübut və dəlillər var. Bu halların qarşısının alınması üçün Müdafiə naziri belə bir bəyanat səsləndirib. Hesab edirəm ki, erməni tərəfi özü bu bəyanatın şərtlərində göstərilən tələblərə riayət etməzsə, yəni təkrar təxribatlara yol açarlarsa, əsgərimizin qaytarılması üçün müsbət addımlar atılmazsa, o zaman bunun ağrılı-acılı nəticəsini yaxın günlərdə hiss edəcəklər".

Hərbi ekspert eyni zamanda qeyd edib ki, anti-terror əməliyyatının keçirilməsi şəraitdən asılıdır: "Real bir format ortaya çıxmalıdır. Yəni, sadəcə anti-terror əməliyyatı keçirdirəm deməklə məsələ həll olunmur. Bu, danışıqların hansı səviyyədə olması ilə əlaqədardır. Bizdən daha çox Ermənistan tərəfindən asılı olan vəziyyətdir. Qalib tərəf bizik və şərtləri biz diktə edirik. Bir ildir ki Azərbaycan və Ermənistan ermənilərin hay-küy saldığı sərhədlərin açılması məsələsini təklif edir. Amma ilk dəfədir ki, Paşinyan müsbət addımlara müsbət cavab verəcəyik kimi isti bəyanat səsləndirdi. Bu bəyanatlar hələki bəyanat olaraq qalır. Bu müsbət bir tendensiyadır. Amma nəticə etibarı ilə bu müsbət tendensiyadır. Yaxın günlərdə Paşinyan müsbət bəyanatlarını doldurmalıdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...