"Prezident Ermənistana tarix dərsi keçdi" AÇIQLAMA

"Artıq həftələrdir ki, Ermənistan həm Kəlbəcər, həm də Naxcıvan istiqamətində atəş açır və sərhəddə atəşkəsi pozur". Bunu SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Qarabağda rus sülhməramlıların nəzarətində olan ərazilərdə kifayət qədər ciddi təxribatlar törədilir: "Bu fonda Azərbaycan Prezidenti cənab İlham Əliyevin məhz Laçın və Kəlbəcər istiqamətinə səfər etməsi, təbii ki, çox vacib məqamları əks etdirir. Səfər əsnasında cənab Prezidentin Ermənistan və onun havadarlarına vacib ismarıcları oldu. Prezident Ermənistana tarix dərsi keçdi. Bu, əslində, ermənilərə ismarıc olmalıdır ki, Qarabağın dağlıq hissəsi ilə bağlı öz məsuliyyətsiz bəyanatlarınızı davam etdirəcəksinizsə, o zaman biz tarixi Azərbaycan torpaqlarını yalnız yadımıza salmayacağıq. Tarixi Azərbaycan torpaqlarının geriyə qaytarılması üçün lazımi addımlar nədən ibarətdirsə hamısını həyata keçirəcəyik. Ermənilər Göyçənin, Zəngəzurun tarixinə nəzər yetirsin. O torpaqları SSRİ-yə Ermənistan daxil olarkən kimə məxsus olduğunu başa düşsün. Bu kimi təxribatlara yol verməsin təbii ki, Ermənistan və havadarları çox yaxşı bilirlər ki, tarixi ədalət gec-tez bərpa olunacaq. Elə Azərbaycan tarixi torpaqları ilə bağlı ədalətin bərpa ediləcəyi günlərin uzaq olmamasını ermənilər yaxşı bilir. Biz indiki halda Ermənistan və qonşu ölkələrlə məhz regional mehriban qonşuluq platforması təklif edirik. Post müharibə dövründəki Azərbaycanın təkliflərindən geosiyasi və geoiqtisadi dividentlər əldə edirlər. Lakin həmin o havadarlardır ki, Ermənistanı tarixlə uzlaşmayan ambisyalarını şirinləşdirmək istiqamətində əllərindən gələni edirlər. Təbii ki, Azərbaycan hər zaman qələbə çalacaq. Bundan öncə qələbə çalaraq işğalda olan ərazilərimizi azad etdik. Bundan sonra əgər Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirərsə, digər qələbələr də Azərbaycanı gözləyir. Cənab Prezidentin Kəlbəcərə və Laçına səfəri zamanı regionun abadlaşdırılmasında məskunlaşma siyasətindən danışıb. Məlum olub ki, Zəngilanın bir neçə kəndində bir necə aydan sonra məskunlaşma baş tutacaqdır. Eyni zamanda, digər işğaldan azad olunmuş rayonlara səfəri zamanı da bir sıra obyektlərin vacib satıcı əhəmiyyətə malik olan obyektlərin açılışında iştirak etdi və ən qısa müddətdə abadlaşdırma işlərinin həyata keçirilməsi Azərbaycan dövlətinin gücündən xəbər verir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...