"İki partiya arasındakı görüş bir sıra aspektlərdən əhəmiyyətlidir" - DEPUTAT AÇIQLADI
“Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri daha da genişlənir və artıq öz fəaliyyətində yeni mərhələyə qədəm qoyur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq münasibətləri, "Bir millət, iki dövlət" ideyası partiyalararası münasibətdə də özünü göstərir: “Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında həmişə siyasi münasibətlər olub. Bu yaxınlarda YAP-ın sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə nümayəndə heyəti Ankarada səfərdə olub. Nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının rəhbərliyi və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib”.
A. Hüseynov vurğulayıb ki, hazırda Ədalət və İnkişaf Partiyasının sədr müavini Azərbaycanda səfərdədirlər və dünən onlar önəmli görüşlər keçirib: “Bu münasibətlər həm xalqlarımız arasındakı münasibətləri, həm də siyasi münasibətləri daha da möhkəmləndirir. İki partiya arasındakı görüşlər qarşılıqlı fikir mübadiləsi ilə yanaşı, həm də bir-birlərinin təcrübələrini öyrənmək baxımından çox əhəmiyyətlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB