Bu gün cinayət törətmiş uşaqlara həsr olunmuş tədbir keçirilib

Bu gün cinayət törətmiş uşaqlara həsr olunmuş tədbir keçirilib
Bu gün Uşaq və Gənclərin Sosial Reabilitasiyası Mərkəzində (UGSRM) cinayət törətmiş uşaqların problemlərinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə UGSRM-in İdarə Heyətinin sədri Nazim Quliyev, Mərkəzin direktoru Kəmalə Aşımova, psixoloq Asəf Kərimov, valideyinlər, uşaqlar və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin İdarə Heyətinin sədri Nazim Quliyev bildirib ki, mərkəz 2007-ci ildə yaranıb: "150-ə yaxın uşaq bu proqrama cəlb olunub. Uşaqların ailələri ilə münasibət quraraq onların cinayət törətmələrinin qarşısı alırıq". N.Quliyevin fikrincə, zəruri dəstək olarsa uşaqları cəmiyyətə dəyərli bir vətəndaş kimi yetişdirə bilərik.

Tədbirdə söz alan Mərkəzin direktoru Kəmalə Aşımovanın sözlərinə görə, hər il belə tədbirlər həyata keçiririk. Direktorun dediyinə görə, cinayət törətmiş uşaqların daha çox qayğıdan məhrum, natamam ailədə böyüməsi onların asudə vaxtlarında düzgün yönəldilməmələri belə bir hadisələrə gətirib çıxarır. K.Aşımova əlavə edib ki, rebililesasiyası mərkəzlərinin daha da artmasına ümid bəsləyirik.

Psixoloqu Asəf Kərimov çıxışı zamanı qeyd edib ki, uşaqlarla vaxt keçirmək mənə çox böyük zövq verir: "Uşaqlar fikirlərini söyləməkdə çox sərbəsdilər. Uşaqlara xüsusi konputer dərsləri keçirilir. Onların psixoloji problemləri çoxdur". Psixoloq vurğulayıb ki, uşaqların yeniyetməlik dövrünü valideyinlər başa düşməyərək probləmlərlə qarşılaşırlar.

Qeyd edək ki, uşaqlar öz məharətləri ilə tədbirdə iştirak edən qonaqlara böyük zövq veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə