14 saylı 2-ci seçki Xəzər seçki dairəsinin 17 saylı seçki məntəqəsində 280 nəfər səs verib
14 saylı II Xəzər seçki dairəsinin 17 saylı seçki məntəqəsində 1373 nəfər seçici qeydiyyatdan keçib. Məntəqə sədri Rəhilə Baxşəliyevanın SİA-ya verdiyi məlumata görə seçicilər arasında 11 nəfər seçkilərdə ilk dəfə iştirak edirlər. Saat 11:30-a qədər məntəqədə 280 nəfərin səs verdiyini deyən R.Baxşəliyeva yerli və beynəlxalq müşahidəçilər haqqında da məlumat verib: "Bu saata kimi 280 nəfər səs verib. Hələ ki, heç bir qanun pozuntusuna rast gəlinməyib. Seçkilər normal səviyyədə davam edir. Məntəqədə İspaniyadan Odis Seres Juan Xose, Çiqula Barder Xos Maria müşahidəçi kimi iştirak edirlər. Yerli Müşahidəçilər isə YAP və təşəbbüs qruplarındandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB