“Azərbaycan bütün növ enerji resurslarını hasil və ixrac edən nadir ölkələrdəndir” - DEPUTAT DANIŞDI
“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi proqram xarakteri daşıyır”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilməsi tədbirə xüsusi tarixi və siyasi əhəmiyyət qazandırır:
” Bu qurultay, eyni zamanda, ölkəmizin yeni geosiyasi reallıqlar fonunda qarşısında dayanan strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir.
Cənab Prezidentin çıxışında xüsusi vurğuladığı kimi, Azərbaycanın əldə etdiyi tarixi Zəfərlərin əsasında xalq-iqtidar birliyi, milli həmrəylik, güclü dövlətçilik və ardıcıl siyasi strategiya dayanır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Bu baxımdan, Yeni Azərbaycan Partiyasının tarixini Azərbaycanın müasir dövlətçilik tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Partiyanın 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilməsi xalqın ölkəni dərin siyasi, iqtisadi və sosial böhrandan çıxaracaq güclü liderə və siyasi qüvvəyə olan ehtiyacının ifadəsi idi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın parçalanma təhlükəsindən xilas olunması, dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıdı.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələnin tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Güclü dövlət, müstəqil siyasət, iqtisadi dayanıqlılıq, qüdrətli ordu və milli maraqların qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası qarşıya qoyulmuş tarixi məqsədlərin reallaşdırıldığını nümayiş etdirdi. Lakin əldə edilmiş Qələbə yeni vəzifələri də müəyyənləşdirir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsi, regionun iqtisadi potensialının inkişaf etdirilməsi bu mərhələnin əsas prioritetlərindəndir.
Bu gün artıq Böyük Qayıdış proqramı real nəticələr verir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır. Bu proses Azərbaycanın öz gücü və imkanları hesabına həyata keçirdiyi böyük quruculuq layihəsidir.
Eyni zamanda, dövlətimizin başçısının vurğuladığı ideoloji təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi müasir dövrdə milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi həqiqətlərin düzgün çatdırılması və cəmiyyətin dezinformasiyalardan qorunması mühüm vəzifələrdəndir.
Azərbaycanın müstəqil xarici siyasəti də ölkəmizin əldə etdiyi uğurların mühüm amillərindən biridir. Bu gün Azərbaycan müxtəlif siyasi və iqtisadi platformalarda fəal iştirak edir, çoxsaylı dövlətlərlə qarşılıqlı etimada və milli maraqlara əsaslanan tərəfdaşlıq münasibətləri qurur. Ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal iştirakı və müxtəlif tərəflər arasında dialoq üçün platforma yaratması Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricilərindəndir.
İqtisadi inkişaf və sosial rifah məsələləri də cənab Prezident İlham Əliyevin çıxışında mühüm yer tutdu. Gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağının bildirilməsi dövlətimizin sosial siyasətinin ardıcıl xarakter daşıdığını bir daha göstərir. Dayanıqlı iqtisadi inkişaf, investisiyaların cəlb olunması, maliyyə sabitliyinin qorunması və yeni iş yerlərinin yaradılması əhalinin rifahının daha da yüksəldilməsinə xidmət edir.
Azərbaycanın enerji siyasəti və nəqliyyat imkanları da ölkəmizin regional və qlobal əhəmiyyətini artıran əsas amillərdəndir. Cənab Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında bütün növ enerji resurslarını istehsal edən, hasil edən və ixrac edən nadir ölkələrdəndir. Xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrin istehsalı və ixracı ölkəmizin enerji potensialının genişliyini və bu sahədə formalaşdırdığı imkanları nümayiş etdirir. Bu gün Azərbaycanın enerji resursları yalnız ölkəmizin iqtisadi inkişafında deyil, eyni zamanda, regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xüsusilə qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi daha da möhkəmlənir. Ölkəmizin enerji imkanlarından səmərəli istifadə etməsi, yeni yataqların işlənməsi, hasilatın artırılması və enerji ixrac coğrafiyasının genişləndirilməsi qarşıdakı dövrdə də Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq.
Bütün bunlar göstərir ki, Azərbaycan qarşıdakı dövrə də aydın strateji hədəflərlə daxil olur. Qarşıda dayanan vəzifələrin uğurla həyata keçirilməsi üçün xalqımızın həmrəyliyi, dövlətimizin gücü və siyasi sabitlik əsas dayaqlardır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha nümayiş etdirdi ki, partiyanın qarşısında dayanan əsas məqsəd möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və milli maraqlarımızın qətiyyətlə qorunmasına töhfə verməkdir.
Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü qarşıdakı mərhələdə qarşıya qoyulan tarixi vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcək, ölkəmizin inkişafına və daha böyük nailiyyətlər əldə etməsinə öz töhfəsini verəcək”
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
Siyasət 13:01Sabah hava əsasən yağmursuz keçəcək
Sosial 12:59Bir sıra qanunlarda “xüsusi icazə” ifadəsi dəyişdirilir
Siyasət 12:14Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb
Hadisə 11:54Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Siyasət 11:48AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
İqtisadiyyat 10:11Azərbaycan nefti 131 dollara satılır
İqtisadiyyat 10:06Kartdan karta yalnışlıqla pul köçürmüşüksə, nə etməliyik? - AÇIQLANDI
İqtisadiyyat 10:00“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub - FOTOLAR
Mədəniyyət 09:34Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıdıb
Dünya 04:06Respublikanın bu ərazilərində işıq olmayacaq- SİYAHI
Sosial 03:05"Səudiyyə Ərəbistanının yanındayıq" - Ərdoğan
Siyasət 02:02Bu gün Bakının bu rayonunda qaz olmayacaq
Sosial 01:22Hörmüz boğazında tanker atəşə tutulub
Dünya 00:23Azərbaycanlı müğənni qızının nişanına hazırlaşır
Şou-Biznes 12 Oktyabr 23:32ATƏT sədri İrəvan və Tiflisə gedəcək
Dünya 12 Oktyabr 23:19"90 dəqiqə ərzində çox şey baş verə bilər"
İdman 12 Oktyabr 22:30Sabunçuda 12 yaşlı məktəbli intihara cəhd edib
Hadisə 12 Oktyabr 22:19DTX Masazırda avtomobilləri yandıran şəxsləri həbs edib
Hadisə 12 Oktyabr 22:03Porsche-nin ən bahalı avtomobilləri daha da bahalaşacaq...
Texnologiya 12 Oktyabr 21:52Lazımsız əşyalardan qurtulmağın daha sadə bir yolu...
Sosial 12 Oktyabr 21:28Çoxlu hərəkət var, elə deyilmi?
Dünya 12 Oktyabr 21:07“Yanukoviç hipertonik böhrandan əziyyət çəkir...”
Dünya 12 Oktyabr 20:51Britaniya və Aİ liderlərinin sammiti gələn ay Brüsseldə keçiriləcək
Dünya 12 Oktyabr 20:32Son qlobal xəbərdarlıq: Bəşəriyyətin məhv tarixi açıqlandı...
Sosial 12 Oktyabr 20:27Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
Siyasət 12 Oktyabr 20:12“Lukaşenko Belarusu Rusiyanın hərbi infrastrukturuna çevirir”...
Dünya 12 Oktyabr 20:05Ukrayna Kremlin trollarını “söndürdü”
Dünya 12 Oktyabr 19:52Akademiyada təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər keçirilir
Təhsil 12 Oktyabr 19:38WSJ: Skandinaviya bölünmüş dünyada çiçəklənir...
Dünya 12 Oktyabr 19:28Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
Siyasət 12 Oktyabr 19:14“Bu, bioloji silah sınağı ola bilər…”
Dünya 12 Oktyabr 19:06Qərbin Lukaşenko ilə mübarizə aparmaq üçün bütün vasitələri var...
Dünya 12 Oktyabr 18:51Krionika ölümə qalib gələ bilərmi?
Səhiyyə 12 Oktyabr 18:2718 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir...
Sosial 12 Oktyabr 18:14“Putin rejimini xilas etmək üçün Trampın qarşısında özünü alçaldır”
Dünya 12 Oktyabr 18:05Rusiya XİN: Husilərlə əlaqələrimiz davam edir
Dünya 12 Oktyabr 17:54Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Siyasət 12 Oktyabr 17:50Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Hadisə 12 Oktyabr 17:45Qusarda evdə yanğın olub, 83 yaşlı qadının meyiti tapılıb
Hadisə 12 Oktyabr 17:27Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
Sosial 12 Oktyabr 17:09Psixoloq seçərkən nələrə diqqət edilməlidir? - ARAŞDIRMA
Sosial 12 Oktyabr 16:59Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Hadisə 12 Oktyabr 16:59Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTOLAR
Siyasət 12 Oktyabr 16:57Bakının Azadlıq prospektində daha bir mikromobillik zolağı təşkil olunub
İqtisadiyyat 12 Oktyabr 16:43"Mərkəzi Asiya + Azərbaycan" sammiti - RAKURS
Siyasət 12 Oktyabr 16:39Ali Məhkəmədə yeni təyin olunmuş hakimlər and içiblər
Siyasət 12 Oktyabr 16:17Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 12 Oktyabr 16:15Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
Hadisə 12 Oktyabr 16:12Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
İdman 12 Oktyabr 16:10Səhv düşəndə yerimiz - BAXIŞ BUCAĞI
Siyasət 12 Oktyabr 16:08Milli kimliyin qorunması: məktəbdən başlayan məsuliyyət - MƏQALƏ
Sosial 12 Oktyabr 15:47"Mənzil probleminin həlli gənclərin ailə qurmağa marağını artıra bilər" - SOSİOLOQ
Sosial 12 Oktyabr 15:38Mərdəkanın gözəlliyinə xələl gətirənlər
Sosial 12 Oktyabr 15:34Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8992
-0,32%
-
GBP
2,2468
-0,20%
-
RUB
2,0276
+1,62%
.jpg)


