“Müasir dövrdə əsas prioritet əmək bazarının real tələblərə uyğun şəkildə planlaşdırılmasıdır” - SOSİOLOQ DANIŞDI
“Müasir dövrdə abituriyentlərin ixtisas seçimi təhsil siyasəti və əmək bazarı kontekstində ən aktual problemlərdən biri kimi çıxış edir”.
Bu sözləri SİA -ya açıqlamasında əməkdar jurnalist , sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə bu məsələnin aktuallığı xeyli artmışdır:
”Belə ki, əvvəlki illərdə gənclər daha çox şəxsi maraq və meyillərinə uyğun ixtisas seçir, təhsil aldıqdan sonra isə nisbətən asan şəkildə məşğulluq imkanları əldə edirdilər.
Lakin hazırkı mərhələdə texnologiyanın sürətli inkişafı və əmək bazarında baş verən dinamik dəyişikliklər ixtisas seçimini daha mürəkkəb və məsuliyyətli qərara çevirmişdir. Bu şəraitdə bir çox abituriyent gələcəkdə işsizlik riski ilə qarşılaşmamaq məqsədilə daha çox texnologiya, iqtisadiyyat və xidmət sahələrinə üstünlük verməyə çalışır.
Bununla belə, qeyd olunan yanaşma hər zaman effektiv hesab edilmir. Çünki yalnız məşğulluq imkanlarını əsas götürərək ixtisas seçimi edən gənclərin şəxsi maraq və qabiliyyətləri ikinci plana keçir. Nəticədə fərd seçdiyi sahədə öz potensialını tam reallaşdıra bilmir və peşəkar fəaliyyətində yüksək nəticələr əldə etməkdə çətinlik yaşayır.
Mövcud problemin həlli yalnız fərdi seçimlərlə məhdudlaşmamalıdır. Bu məsələ daha çox dövlətin həyata keçirdiyi iqtisadi planlaşdırma və məşğulluq siyasəti ilə sıx bağlıdır. Əmək bazarında tələb və təklif balansını təmin edən mexanizmlərin formalaşdırılması, müxtəlif ixtisaslar üzrə kadr hazırlığının düzgün istiqamətləndirilməsi zəruri hesab olunur.
Bu baxımdan müasir dövrdə əsas prioritet əmək bazarının real tələblərə uyğun şəkildə planlaşdırılmasıdır. Tələb olunan sahələr üzrə əlavə təhsil imkanlarının yaradılması, ixtisasartırma proqramlarının təşkili və ikinci ali təhsil imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, əmək bazarında mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması vacib şərtlərdən biridir. Bu qeyri-müəyyənlik azaldıldıqdan sonra abituriyentlər ixtisas seçimi zamanı yalnız məşğulluq perspektivlərini deyil, həm də şəxsi maraq və bacarıqlarını əsas götürəcəklər.
Düzgün tənzimlənmiş əmək bazarı və effektiv planlaşdırma şəraitində gənclərin həm sevdikləri ixtisası seçməsi, həm də gələcəkdə uğurlu peşəkar fəaliyyət göstərməsi mümkün olacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb
İqtisadiyyat 13:33Azərbaycanda şənbə günü hava dumanlı olacaq
Sosial 13:16Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
Siyasət 12:42Tarixdə əbədi yaşayanlar
Təhsil 12:30Əmək Məcəlləsinə dəyişiklik edilir
Siyasət 11:52Səfirlik həm də Vətənin qürbətdəki evidir…
Mədəniyyət 11:37Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək
Sosial 11:25Ələt Azad İqtisadi Zonasında daha iki data mərkəzi yerləşdirilə bilər
İqtisadiyyat 11:24Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:01Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 10:30Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:29“Gömrük tarifi haqqında” Qanunda bir sıra dəyişikliklər nəzərdə tutulub
İqtisadiyyat 10:28AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
İqtisadiyyat 10:25Ev təsərrüfatının elektron uçotu vergi öhdəliyi yaradacaq? - RƏY
İqtisadiyyat 09:15Avroliqada gecənin NƏTİCƏLƏRİ
İdman 04:06Xaçmazda "Jiquli"nin vurduğu piyada ölüb
Hadisə 00:23"TikTok gənclərin beynini məhv edən..." - Tokayevdən BƏYANAT
Dünya 26 Noyabr 23:19Tramp NATO rəhbəri ilə Ukraynanı müzakirə edib
Dünya 26 Noyabr 23:03"Sabah"a 2 qol vurdu, həftənin futbolçusu seçildi
İdman 26 Noyabr 22:31AZAL-ın ötənilki qazancı açıqlandı - 1,2 milyard manat!
Sosial 26 Noyabr 22:19Media və Yayım Şurası bu telekanalı cərimələdi
Sosial 26 Noyabr 22:02Bridgerton ulduzları yenidən bir araya gəldilər…
Şou-Biznes 26 Noyabr 21:52Porsche şirkəti videoregistratoru tanınmayacaq dərəcədə dəyişdi...
Texnologiya 26 Noyabr 21:27Psixoloq stressi daxili güc mənbəyinə necə çevirməyi izah etdi...
Sosial 26 Noyabr 21:05Keçmiş Buş müttəfiqi Ukraynanın NATO-ya qoşulmasına çağırdı...
Dünya 26 Noyabr 20:51Putinin ordusu gözümüzün qabağında əriyib yox olur...
Dünya 26 Noyabr 20:25Çinin Sakit okeandakı hərbi ambisiyaları fiaskoya çevrildi...
Dünya 26 Noyabr 20:06Atlantic Council: Dünya Ukraynanın necə super gücə çevrildiyini uyudu…
Dünya 26 Noyabr 19:48Əraqçi: Qətər və Pakistan vasitəçilik səylərini davam etdirir
Dünya 26 Noyabr 19:43BMT: Mərkəzi Asiyada HİV və QİÇS-dən ölüm halları artmaqdadır...
Dünya 26 Noyabr 19:27Əməkçi miqrant kimi Rusiyaya gələ bilərsiniz, amma ailəsiz...
Dünya 26 Noyabr 19:05Yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib
Sosial 26 Noyabr 18:53“Krımda panika başlayıb...”
Dünya 26 Noyabr 18:49Gürcüstan XİN Avropa Parlamentinin qətnaməsinə etiraz edib
Dünya 26 Noyabr 18:31“Ay etibarsız”..?
Dünya 26 Noyabr 18:26İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
Dünya 26 Noyabr 18:18“Xaricə səyahət edəndə özümü rahat hiss etmirəm”
Dünya 26 Noyabr 18:04ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Dünya 26 Noyabr 17:55AZAL 2025-ci il üzrə illik hesabatını təqdim edib
Sosial 26 Noyabr 17:49Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib
Sosial 26 Noyabr 17:36"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
İdman 26 Noyabr 17:20Avropadakı kirayə qadağası Bakıda tətbiq oluna bilərmi? - EKSPERT AÇIQLADI
Sosial 26 Noyabr 17:02Mədəniyyət nazirinin Masallıda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
Mədəniyyət 26 Noyabr 16:52Sərdar Cəlaloğlunun Rauf Arifoğludan fərqi üzə çıxdı - TƏHLİL
Siyasət 26 Noyabr 16:49Azərbaycan ilə Slovakiyanın prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
Siyasət 26 Noyabr 16:41FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirib
Hadisə 26 Noyabr 16:38"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
İdman 26 Noyabr 16:36Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə 26 Noyabr 16:35Yeni ildə sosial şəbəkədə başqaları ilə müqayisə özünü yetərsiz hiss etdirə bilərmi ? - RƏY
Sosial 26 Noyabr 16:18El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ
Köşə yazıları 26 Noyabr 16:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8652
+0,11%
-
GBP
2,2298
+0,12%
-
RUB
2,0757
+0,94%



