"Prezidentin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin güclənməsinə imkan verəcək" - ŞƏRH
"Azərbaycan ilə Almaniya arasında imzalanan sənəd göstərdi ki, hər iki tərəf çoxşaxəli və dərin münasibətlərin inkişafında maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, burada iki dövlət arasında əlaqələrin qurulması üçün demək olar ki, bütün əsas istiqamətlər əhatə olunub: siyasət, diplomatiya, humanitar sahə, iqtisadiyyat, hətta yaşıl enerji məsələləri də sənəddə öz əksini tapıb:
"Bu istiqamətlər üzrə hər iki ölkənin kifayət qədər təcrübəsi və praktikası mövcuddur. Tərəflər iqtisadi əməkdaşlığa böyük önəm verdiklərini də nümayiş etdirdilər. Bu isə qarşılıqlı sərmayələrin təşviq olunması, Almaniya şirkətlərinin Azərbaycanla bağlı təkliflərinin ciddi şəkildə nəzərdən keçirilməsi deməkdir.
Eyni zamanda, Almaniyanın regionda Azərbaycanın mövqeyinə yüksək qiymət verməsi, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişini alqışlaması da mühüm məsələlərdən hesab oluna bilər.
Almaniya qlobal güclərdən biridir, Azərbaycan isə orta güc dövləti hesab olunur. Lakin Azərbaycan artıq sıradan bir ölkə deyil. Almaniya kimi nüfuzlu bir dövlətin Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalaması onun regionda daha fəal siyasət yürütmək niyyətində olduğunu göstərir.
Bu, Azərbaycan tərəfindən müsbət qarşılanır. Hesab edirəm ki, cənab Prezidentin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə və əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB