"Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu böyükdür" - ŞƏRH EDİLDİ

"Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu böyükdür" - ŞƏRH EDİLDİ

"Hər bir dövlət beynəlxalq birlikdə yüksək nüfuz qazanmağa çalışır. Bunun üçün həm ölkədaxili məsələləri dövrün tələblərinə uyğun həll etməyə çalışır, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin fəaliyyətində fəal iştirak edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu böyükdür:

"Bu, dövlətçiliyin bünövrəsinin Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm qurulması və cənab Prezident tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Cənab Prezidentin apardığı siyasət bu gün əhalinin sosial rifahının yaxşılaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və vətəndaşların hüquqlarının qorunmasına söykənir. Onun fəaliyyətinin nəticəsində torpaqlarımız işğaldan azad olunub. Hər gün keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdırlar. Artıq geri qayıdanların sayı 90 minə yaxınlaşıb.

Cənab Prezident fəaliyyətində hər zaman hakimiyyət nümayəndələrini xalqa yaxın olmağa, vətəndaşları dinləməyə çağırır və bu məsələ də bunun bariz nümunəsidir. Baxmayaraq ki, radikal müxalifət və Azərbaycanın uğurlarını görmək istəməyən bəzi dairələr görülən işlərə kölgə salmağa çalışırlar, Azərbaycan daxilində xaricdəki anti-Azərbaycan dairələrinin tapşırıqlarını yerinə yetirməyə cəhd göstərirlər. Ancaq buna baxmayaraq, xalq onların arxasınca getmir.

Bu günlərdə keçirilən rəy sorğularının nəticələri göstərir ki, cənab Prezidentin reytinqi kifayət qədər yüksəkdir. Eyni zamanda, onun qonşu dövlətlərlə yaxşı münasibətlər qurmaq siyasəti, beynəlxalq aləmdə sülhün və əmin-amanlığın təmin edilməsi istiqamətində atdığı addımlar da böyük hörmət doğurur.

Bu gün Azərbaycan istənilən beynəlxalq tədbirdə arzu olunan qonaqdır. Eyni zamanda, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mühüm ünvanlardan birinə çevrilib. Bu gün Azərbaycanın rəsmi mövqeyi bir çox məsələlərdə diqqətlə gözlənilir".

Birmənalı şəkildə demək olar ki, Azərbaycan öz müstəqilliyini ən yüksək səviyyədə möhkəmləndirməyi bacaran dövlətlərdən biridir.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə