"Prezident İlham Əliyevin “France 24” kanalına verdiyi müsahibə bir çox məqamlara yenidən aydınlıq gətirdi. Hesab edirəm ki, bu müsahibə sadəcə media suallarına verilən cavablar deyildi, eyni zamanda Fransa ictimai rəyinin məlumatlandırılmasına və maarifləndirilməsinə xidmət edən ciddi kommunikasiya addımı idi".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Məlumdur ki, Fransanın, xüsusilə də siyasi hakimiyyətinin Azərbaycana münasibəti uzun müddətdir mənfi çalarlarla müşahidə olunur. Bu yanaşma əsasən Ermənistan-Azərbaycan münasibətləri fonunda özünü göstərib. Halbuki Azərbaycan dəfələrlə dialoqa və əməkdaşlığa açıq olduğunu nümayiş etdirib. Müsahibədə də vurğulandı ki, Azərbaycan tərəfi Fransa ilə münasibətlərin normallaşdırılmasında və yüksək səviyyəli təmasların qurulmasında maraqlıdır. Lakin Fransa hakimiyyətinin anti-Azərbaycan mövqeyi münasibətlərin inkişafına maneə yaradan əsas amillərdən biri olub.
Bu baxımdan müsahibə Fransa cəmiyyətinə ünvanlanan birbaşa mesaj idi. Hakimiyyətlərin siyasi qərarları bir məsələdir, lakin cəmiyyətlərin reallıqları bilməsi və alternativ mövqeləri eşitməsi də son dərəcə vacibdir. Prezidentin çıxışı bu mənada Fransa ictimaiyyəti üçün bir növ maarifləndirici “ustad dərsi” kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, “France 24” təkcə Fransa daxilində deyil, beynəlxalq miqyasda yayımlanan nüfuzlu media platformasıdır. Kanalın müxtəlif dillərdə yayım aparması Azərbaycan Prezidentinin mövqeyinin daha geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Müsahibə zamanı səsləndirilən sualların heç biri cavabsız qoyulmadı; əksinə, onlar sakit və diplomatik tərzdə qəbul edilərək əsaslandırılmış şəkildə cavablandırıldı. Verilən cavablar həm diplomatik çərçivəyə uyğun idi, həm də kifayət qədər açıq və konkret mövqeni əks etdirirdi. Bu isə müsahibənin siyasi və kommunikativ baxımdan uğurlu olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB