Türkiyənin hakim Ədalət və inkişaf partiyasının nümayəndəsi Ömər Çelik ABŞ-ın İrana mümkün hücumu barədə danışıb . SİA xəbər verir ki, AKP rəsmisi bəyan edib ki, İrana hər hansı bir xarici müdaxilə daha pis nəticələrə səbəb olacaq. SİTAT: "Ətrafımızda, bölgəmizdə və dünyada kifayət qədər münaqişə var. Xarici müdaxilələr və ya hərbi hücumlar yolu ilə bir ölkənin liderini, hökumətini və ya qurumlarını hədəf almaq daha böyük fəlakətlərə səbəb olacaq. Etibarlı vasitəçi və sülhməramlı bir ölkə olaraq Türkiyə bütün bunlar üçün doğru yer və ünvandır."
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB