"Azərbaycan daim Özbəkistanla münasibətlərə üstünlük veribdir və bu münasibətlərin daha da yüksək səviyyədə inkişaf etdirilməsi, şaxələndirilməsi üçün Azərbaycan dövləti, cənab Prezident İlham Əliyev və eyni zamanda Özbəkistan Prezidenti Şövkət Mirziyoyev çox ciddi siyasi iradə nümayiş etdirirlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, bu münasibətlərin nəticəsidir ki, Özbəkistanla Azərbaycan arasında bütün sahələri əhatə edən – həm iqtisadi, həm siyasi, həm mədəni, həm də sosial münasibətlər daim yüksələn xətt üzrə inkişaf edir: "Əlbəttə ki, Azərbaycanın bölgədə tutduğu yer, strateji mövqeyi, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi, iqtisadi əlaqələrin dərinləşməsi, idxal-ixrac əməliyyatları, qarşılıqlı sərmayələrin yatırılması əsas verir ki, Özbəkistanla Azərbaycan arasında münasibətlər bütün sahələrdə gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəkdir.
Xüsusilə də Özbəkistanın dost və xoşməramlı siyasəti, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Özbəkistanın da öz töhfələrini verməsi, bu ərazilərdə müəyyən bərpa işlərində Azərbaycana göstərilən diqqət Azərbaycan tərəfindən daim müsbət qarşılanır.
Bütün sahələrdə inkişaf məqsədəuyğundur və gələcəkdə də bu inkişafın əməli olaraq qardaş, dost Özbək xalqı və Özbək dövləti ilə münasibətlərin inkişaf etdirilməsi deyilənlərə əsas sübut kimi qeyd olunmalıdır.
Son dövrlərdə Azərbaycan Prezidentinin Özbəkistan Prezidenti ilə dəfələrlə və mütəmadi təmasları, keçirilən görüşlər, bu görüşlər zamanı imzalanan sənədlər, dövlətlərarası sənədlər bu münasibətləri daha da irəliyə aparır və qarşıya qoyulmuş hədəf və vəzifələrə doğru bu münasibətlər inkişaf edir".
Bütün xəbərlər Facebook səhifəmizdə