Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes forumda çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti çıxış etdi.
- Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Xanımlar və cənablar.
Əziz qardaşım, Sizi Azərbaycanda bir daha salamlayıram. Şadam ki, Sizin dövlət səfəriniz çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində biznes forum təşkil edilib. Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və bu gün cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir. Biz çox məmnunuq ki, siyasi sahədə ikitərəfli münasibətlərimiz müstəsna səviyyədədir. Eyni zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxili olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.
Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Bizim heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.
Biz enerji sahəsində də maraqlıyıq. Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çeviriləcəkdir. Enerji sahəsində əməkdaşlıq,- bu gün bu sahəyə maye qaz daxildir,- əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.
Eyni zamanda, biz nəqliyyat sektorunda da imkanları nəzərdən keçirdik. Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik. Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin.
Eyni zamanda, biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.
Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik.
Bir daha, əziz qardaşım, Azərbaycana səfər etdiyinizə görə Sizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, Sizi biznesmenlərdən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Siz vətəninizə gəlmisiniz. Biz də, eyni zamanda, Sizin gözəl ölkənizdə olarkən özümüzü evimizdəki kimi hiss edirik. Biz əziz qardaşımla verdiyimiz bütün təlimatların tam icra olunacağına əminik. Aprel ayında sənədlərin hazır olmasını gözləyirik.
X X X
Sonra Pakistanın Baş naziri çıxış etdi.
-Təşəkkür edirəm, əziz qardaşım, Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Hörmətli nazirlər, Azərbaycanı və Pakistanı təmsil edən dövlət rəsmiləri, əlbəttə ki, olduqca məşhur şirkətləri təmsil edən iş adamları.
Xanımlar və cənablar, hər vaxtınız xeyirli olsun.
Əziz qardaşım İlham Əliyevin çox gözəl ifadə etdiyi kimi, bizim iki qardaş ölkə arasında münasibətlərimiz çox əladır, mən hətta cənab Prezidentin bu barədə dediklərinə nəsə əlavə etməyə söz tapmıram. Ancaq onu deməliyəm ki, bu münasibətlər, səmimiyyət, məqsədyönlü şəkildə irəli aparılan, qarşılıqlı etimada əsaslanan bir münasibətdir. Bunun onilliklərlə tarixi var və əlbəttə ki, iki xalq arasında rəğbət və məhəbbətə əsaslanır. Əziz qardaşım Prezident İlham Əliyevin də Pakistan xalqına və Pakistan dövlətinə böyük rəğbəti var. Mən hər zaman çalışıram ki, onun bu məsələdə əzminə bərabər səylər göstərim. Ancaq cənab Prezident hər zaman məndən öndə gedir və onun səyləri nəticəsində bu gün bu cür gözəl münasibətlərimiz var.
Bu gün biz mühüm bir nailiyyət əldə etmişik. Çox gözəl və məhsuldar görüşümüz oldu. Nümayəndə heyətləri öz aralarında görüşdülər. Biz bütün məsələləri müzakirə etdik və qərara gəldik ki, çox aydın bir fəaliyyət planımız olsun. Çox şadam ki, avqust ayında həm Pakistandan, həm də Azərbaycandan nümayəndələrin iştirak etdiyi bir tədbir təşkil ediləcək. Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan “Basmati” düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim kommersiya nazirimiz burada əyləşibdir.
Əlbəttə, maye qaz daha bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər. Əlbəttə, JF17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin təyyarə ilə bağlı fəal işlər aparır. Xanımlar və cənablar, onu da bəyan edə bilərəm ki, biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar həcmində ticarət dövriyyəsinə nail ola bilərik.
Daha növbəti bir xəbər ondan ibarətdir ki, əziz qardaşım bunu qeyd etdi. Bu, 2 milyard dollar həcmində sərmayə bəyanatı cənab Prezidentin Pakistana sonuncu səfəri zamanı verilib və bu gün bildirdik ki, müvafiq heyətlər tərəfindən artıq bir çox gözəl işlər görülüb. Mən bu fəaliyyəti təqdir edirəm. Ancaq ortada müəyyən boşluqlar qalmaqdadır, ona görə biz son tarixi müəyyən etmişik ki, aprel ayında cənab Prezidenti İslamabadda salamlayacağıq və həmin 2 milyardla bağlı sazişlər imzalanacaq.
Onu da qeyd etməliyəm ki, əziz qardaşım, Sizə minnətdaram, bu, həqiqətən də qarşılıqlı faydalı işlər olacaqdır. Hər iki ölkə bundan fayda görəcəkdir. Ancaq biz bunu tərəfinizdən çox böyük bir jest kimi qəbul edirik və bunu heç vaxt unutmayacağıq. Eyni zamanda, mən Azərbaycan heyətinə təşəkkür etmək istəyirəm. Öz heyətimizə də təşəkkür etmək istəyirəm ki, artıq böyük işlər görülüb. Əminəm ki, Fars körfəzinin və Xəzər dənizinin suları birləşəcək. Bu, ölkələrimiz arasında mühüm bir sinerji və enerjidir. Həqiqətən də bu, bizim qardaşlıq münasibətlərimizi daha yüksək səviyyəyə, misilsiz səviyyəyə qaldıracaq.
Daha bir məsələni qeyd etmək istərdim. Zati-aliləri, Siz onu artıq qeyd etdiniz. Bu, məlumatın qıtlığıdır və ya məhdud məlumatın verilməsidir. Çünki burada işgüzar dairələr bildirməlidir ki, Azərbaycan Pakistana və Pakistan Azərbaycana nələri təqdim edə bilər, nə təklif edə bilər? Bir daha qeyd edim ki, burada tariflərlə, kənd təsərrüfatı, informasiya texnologiyaları ilə bağlı məlumat verilməlidir. Ona görə də bu gün bəyan etmək istərdim ki, biz Azərbaycanda daimi İnformasiya Məlumat Bürosu təsis edəcəyik. Bu, hər bir avadanlıqla tam təchiz edilən bir mərkəz olacaq. Burada süni intellekt vasitəsilə də Pakistan haqqında hər bir məlumat təqdim ediləcək. Əminəm ki, çox səmərəli bir layihə olacaq. Mənim həmkarlarım buradadır, məni eşidirlər. Eyni zamanda, cənab Prezident, Siz də məsul şəxslər müəyyən edəcəksiniz və bu, güclü bir mexanizm olacaq. Sadəcə, bu, bir nümunədir və bizim səylərimizə çox böyük töhfə verəcək.
Bundan əlavə, müdafiə sənayesi sahəsində əməkdaşlığa gəldikdə, bizim bu sahəmiz çox inkişaf edib. Biz uzun illərdir əməkdaşlıq edirik, ancaq zamanı yetişib ki, biz birgə istehsal müəssisələri yaradaq - Azərbaycan-Pakistan birgə müəssisələri yaradılsın. Nümayəndə heyəti tezliklə - aprel ayında Pakistana səfər edərkən bu, gündəliyimizdə duran başlıca məsələ olacaq. Əziz qardaşım, Siz Pakistana gələndə artıq biz məhz bu sahədə də müqaviləyə imzalarımızı ata biləcəyik. Şimal-Cənub dəhlizi məsələsinə gəldikdə, bizim burada səmərəli nəqliyyat sistemi olmasa, bu sahədə hədəflərimizə nail ola bilmərik. Bunun üçün isə bu gün səmərəli müzakirələrimiz olub. Bu məsələ geniş tərkibdə müzakirə edildi və biz Sizin baxışınızı tam dəstəkləyirik. Sizi əmin edirəm ki, Pakistanın Qvadar limanı bu işdə həlledici rol oynaya bilər, həm ixrac, həm də idxal baxımından. Ona görə də mən təklif edirəm ki, biz diqqətimizi bu məsələyə də yönəldək. Əziz qardaşım, Sizi əmin etmək istərdim ki, biz bu sahədə də Sizinlə çox sıx əməkdaşlıq edəcəyik.
Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin. Cənab Prezident, bu da Sizin baxışınıza uyğundur və biz də Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər.
Əziz qardaşım, Sizin vaxtınızı çox almaq istəmirəm. Bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu sahədə əzminizə və bu məsələyə sadiqliyinizə görə, Sizi tam səmimiyyətlə əmin etmək istərdim, mən əlimdən gələni edəcəyəm ki, Sizin əzmkarlıq səviyyənizə çatım və bu əlaqələri gücləndirim. Vaxt gələcək ki, Azərbaycan, Türkiyə və Pakistan arasında səylər üçtərəfli şəkildə müzakirə ediləcək və burada çox böyük imkanlar var. Vacib məsələ iradədir, əzmkarlıqdır, o da bizdə var. Yaşasın Azərbaycan-Pakistan dostluğu!
X X X
Prezident İlham Əliyev: Əziz qardaşım, təşəkkür edirəm. Bizim qısa – təqribən 10 dəqiqəlik təqdimatımız var. Mən ötən ilin yayında qardaş ölkəyə səfər edərkən biz cənab Baş nazirlə müzakirə apardıq ki, Azərbaycan Pakistanın müasirləşdirilməsində və müəyyən tarixi abidələrin bərpasında hansı dərəcədə iştirak edə bilər. O vaxtdan bizim heyət orada idi və Pakistan tərəfi ilə razılaşdırılmış şəkildə fəaliyyət göstərirdi. Hesab edirəm ki, bu gün o təqdimatı görmək hər kəs üçün maraqlı ola bilər. Bu, bizim qardaşlıq münasibətlərimizə verə biləcəyimiz qısa, kiçik töhfədir.
Baş nazir Məhəmməd Şahbaz Şərif: Əziz qardaşım tərəfindən İslamabada göndərilmiş ekspertlər heyətini qeyd etməyə bilmərəm. Bildiyiniz kimi, İslamabad çox gözəl şəhərdir və dağ ətəyində yerləşir. Həmin ekspertlər orada gözəl işlər görürlər. Həm bizim şəhərimizi yaşıllaşdırırlar, həm də landşaftla bağlı müəyyən işlər görürlər. Hesab edirəm ki, bu, İslamabadı daha da gözəlləşdirəcək. Əlbəttə, o, gözəllik baxımından Bakının bərabəri ola bilməz, ancaq ən azı onunla rəqabətə girməyə başlayacaq. Bir daha dərindən təşəkkür edirəm.
X X X
Sonra “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov rəhbərlik etdiyi qurumun Pakistanın paytaxtında həyata keçirdiyi təmir-bərpa layihələri barədə məlumat verdi. Qeyd etdi ki, “Bakı Abadlıq Xidməti” tərəfindən İslamabadda icra olunan layihələrdən biri yekunlaşıb, üç layihə üzrə isə işlər davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakıda M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
İqtisadiyyat 12:54İki müttəfiq arasında - RAKURS
Siyasət 12:35Bazar günü 40 dərəcə isti olacaq
Hadisə 12:11"Ozon" logistika kompleksinə zərbə endirilib
Dünya 10:45Xəzər dənizində zəlzələ baş verib
Hadisə 10:03Çimərliklərdəki hava şəraiti açıqlanıb
Sosial 09:31Xəzərdə zəlzələ olub
Sosial 09:12Ronaldu toyundan sonra 977-ci qolunu vurdu
İdman 03:22Gəncədə 65 yaşlı kişini bıçaqla öldürüblər
Hadisə 03:04Bu gün Ermənistana propan və buğda göndəriləcək
Sosial 02:21Göyçayda "Opel" aşıb, xəsarət alanlar var
Hadisə 01:2430 yaşlı atlet 1 yaşlı qızı ilə dünya rekordu qırdı!
Sosial 00:21Şimali Koreya Putinə kömək üçün 8500 əsgər göndərir - AÇIQLAMA
Dünya 21 Avqust 23:30Futbol millimiz Andorra yığması ilə qarşılaşacaq...
İdman 21 Avqust 23:19Yaşıllıqlara vurulan 81820 manatlıq ZİYAN!
Sosial 21 Avqust 23:03"Barselona" bu futbolçuya 65 milyon avro qiymət qoydu!
İdman 21 Avqust 22:31Türkiyədə mədəndə uçqun baş verdi
Dünya 21 Avqust 22:18"Bu zərbələr sadəcə terror hücumudur" - Zelenskidən PAYLAŞIM
Dünya 21 Avqust 22:03Tənbəlliyin müalicəsi boşqabınızda tapılıb...
Sosial 21 Avqust 21:52Tarixin ən yaxşı beş dörd silindrli avtomobilinin adı açıqlanıb...
Texnologiya 21 Avqust 21:34TİME: Genetik uzunömürlülüyün sirrini açır...
Sosial 21 Avqust 21:18“Cizgi filmlərinə qarşı müharibə”..?
Dünya 21 Avqust 21:05Xodorkovski: Yeni səfərbərlik təhsilli rusları əhatə edəcək...
Dünya 21 Avqust 20:48Putinə qanun layihəsi təqdim edildi...
Dünya 21 Avqust 20:29Yuri Fedorov: Artıq Novorossiyskin növbəsidir...
Dünya 21 Avqust 20:05Boks millimiz Avropa çempionatını 2 medalla başa vurub
İdman 21 Avqust 19:54Yaxın Şərq bu gün özünün 1989-cu ilini yaşayır...
Dünya 21 Avqust 19:49“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort
Siyasət 21 Avqust 19:32NYT: İran Yaxın Şərqdə gözlənilməz problemlə üzləşir...
Dünya 21 Avqust 19:28Gəncədə qadın evində qətlə yetirilib, oğlu şübhəli bilinir
Hadisə 21 Avqust 19:17MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
Təhsil 21 Avqust 19:13Təxribatlar olacaq...
Dünya 21 Avqust 19:06İsveçdə məktəbdə insanlara qılıncla hücum edilib, xəsarət alanlar var
Dünya 21 Avqust 18:55Britaniya Rusiya sualtı qayıqlarını “görünməzlik”dən məhrum edəcək
Dünya 21 Avqust 18:49Ruslar Krivoy Roqda böyük ticarət kompleksinə dron zərbəsi endirib
Dünya 21 Avqust 18:35Putin Rusiyanın neft emalı zavodlarını qoruya bilmədi...
Dünya 21 Avqust 18:26Xocavənddə traktor minaya düşüb
Hadisə 21 Avqust 18:22Bu ay on bir mindən çox uşağa 16 minə yaxın peyvənd vurulub
Sosial 21 Avqust 18:18Netanyahu ilə bağlı rəsmi prosedura başlanılıb
Dünya 21 Avqust 18:15Kreml daxilində narazılıq artır...
Dünya 21 Avqust 18:07Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
Dünya 21 Avqust 18:01Qarayara ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri görülüb
Sosial 21 Avqust 17:57İran Prezidenti ABŞ ilə müharibənin başa çatdırılmasına çağırıb
Dünya 21 Avqust 17:56“Qırmızı Körpü” gömrük postunda 700 yük maşını növbə gözləyir
Sosial 21 Avqust 17:50"AzInTelecom" təşkilata üzv qəbul edilib...
Texnologiya 21 Avqust 17:4748 şəxsin Azərbaycana ekstradisiyası təmin edilib...
Hadisə 21 Avqust 17:43Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Təhsil 21 Avqust 17:40Müsahibə bir çox baxımdan diqqət çəkib - ŞƏRH EDİLDİ
Siyasət 21 Avqust 17:05Ali təhsil diplomu iş tapmaq üçün kifayətdir? - TƏHSİL EKSPERTİ AÇIQLADI
Təhsil 21 Avqust 16:51Onlayn alış-veriş zamanı aldadılan vətəndaş nə etməlidir? - HÜQUQŞÜNAS AÇIQLADI
Sosial 21 Avqust 16:48Qida zəhərlənmələri nədən baş verir və əsas əlamətləri nədir? - MÜTƏXƏSSİS AÇIQLADI
Sosial 21 Avqust 16:45Fransa və Belçika "kölə"liyi təbliğ edir - TƏHLİL
Siyasət 21 Avqust 16:36“Böyük Qayıdış böyük strateji əhəmiyyət daşıyır” - ŞƏRH
Siyasət 21 Avqust 16:28"Xəzərin səviyyəsinin enməsi həm ekoloji, həm də iqtisadi risklər yaradır" - EKOLOQ
Sosial 21 Avqust 16:26Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
Siyasət 21 Avqust 16:15Həyət evi alarkən nələrə diqqət etmək lazımdır? - EKSPERT AÇIQLADI
Sosial 21 Avqust 16:10Səhiyyə Nazirliyi: Samuxda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir
Səhiyyə 21 Avqust 15:37“Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk dünyasının geosiyasi çəkisini artırır” - ŞƏRH
Siyasət 21 Avqust 15:32YAP Qaradağ rayon təşkilatının fəalları Xocalı və Xankəndi şəhərlərində olublar
Siyasət 21 Avqust 15:18Ermənistan seçimini edib - REFERENDUM
Siyasət 21 Avqust 15:11Laçın həm ağır itkilərin, həm də böyük Zəfərin rəmzlərindən biridir - ŞƏRH EDİLDİ
Siyasət 21 Avqust 14:51Məktəb direktorlarının işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb
Təhsil 21 Avqust 14:49“Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı zamanla daha da genişlənəcək” - EKSPERT
Turizm 21 Avqust 14:49Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Siyasət 21 Avqust 14:36Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTOLAR
Siyasət 21 Avqust 13:35Yaxın Şərqdə yeni mərhələ: Fələstin probleminin həllinə ümid varmı? - ŞƏRH EDİLDİ
Siyasət 21 Avqust 13:15“IV respublika”nın yeni hökuməti - RAKURS
Siyasət 21 Avqust 13:11Ayaqlarda gecə qıcolmalar niyə baş verir? - HƏKİM AÇIQLADI
Səhiyyə 21 Avqust 13:06Trampdan İrana iqtisadi müharibə
Dünya 21 Avqust 13:02Apartament bina ilə həyət evi arasındakı məsafənin az olması: Mənfi tərəfləri
Sosial 21 Avqust 13:01"Azərbaycan özünü qlobal səviyyədə təsdiq edə bilib" - SİYASİ ŞƏRHÇİ
Siyasət 21 Avqust 12:36Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Sosial 21 Avqust 12:22Normadan artıq aktivlik nədən xəbər verir
Sosial 21 Avqust 12:21Rusiyanın "qara" avqustu - TARİX
Dünya 21 Avqust 12:12Avqust ayının pensiya ödənişləri yekunlaşıb
Sosial 21 Avqust 12:03"Uzunmüddətli stress həyat keyfiyyətinə ciddi təsir göstərə bilər" - PSİXOLOQ
Sosial 21 Avqust 11:40Kəlbəcərə dolu düşüb
Hadisə 21 Avqust 11:31"Borc ödənilmədikdə əmlaka yönəldilən icra tədbirləri qanunla tənzimlənir" - HÜQUQŞÜNAS
Sosial 21 Avqust 11:31Bakı və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb
Hadisə 21 Avqust 11:29Paytaxtda 78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Sosial 21 Avqust 11:26MSK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir
Siyasət 21 Avqust 11:24Panama kanalı gəmilərin keçidini məhdudlaşdıracaq
Dünya 21 Avqust 11:17Honq-Konqda Tiananmen fəalları milli təhlükəsizlik ittihamları üzrə təqsirli bilinib
Dünya 21 Avqust 11:09Çin və Rusiya Trampın İranı təcrid planını çətinləşdirə bilər
Dünya 21 Avqust 11:00Özəl xəbərlər
Digər xəbərlərMüsahibə bir çox baxımdan diqqət çəkib - ŞƏRH EDİLDİ
Siyasət 21 Avqust 17:05Ali təhsil diplomu iş tapmaq üçün kifayətdir? - TƏHSİL EKSPERTİ AÇIQLADI
Təhsil 21 Avqust 16:51Onlayn alış-veriş zamanı aldadılan vətəndaş nə etməlidir? - HÜQUQŞÜNAS AÇIQLADI
Sosial 21 Avqust 16:48Qida zəhərlənmələri nədən baş verir və əsas əlamətləri nədir? - MÜTƏXƏSSİS AÇIQLADI
Sosial 21 Avqust 16:45“Böyük Qayıdış böyük strateji əhəmiyyət daşıyır” - ŞƏRH
Siyasət 21 Avqust 16:28"Xəzərin səviyyəsinin enməsi həm ekoloji, həm də iqtisadi risklər yaradır" - EKOLOQ
Sosial 21 Avqust 16:26
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9877
0,00%
-
GBP
2,3192
0,00%
-
RUB
2,0484
0,00%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



