Sizi İslamabadda qəbul etməkdən böyük şərəf və sevinc hissi keçirəcəyəm
İnşallah, aprel ayında, hər şey müzakirə edildikdən və qərar qəbul olunduqdan sonra mən 2 milyard dollar dəyərində razılıqları tamamlamaq üçün yenə də Sizi İslamabadda qəbul etməkdən böyük şərəf və sevinc hissi keçirəcəyəm.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.
“Bu, bizim ticarət və investisiya münasibətlərimizdə ilk keyfiyyətli sıçrayış olacaq və qardaşlıq əlaqələrimizi əhəmiyyətli dərəcədə əks etdirəcək”, - deyən Baş nazir bildirib ki, çünki bizim dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə, beynəlxalq forumlarda düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olmuşdur. Lakin hesab edirəm ki, iş birliyimiz, ticarətimiz, investisiya münasibətlərimiz bizim əlaqələrin həqiqi gücünü əks etdirmirdi. Hesab edirəm ki, bu gün biz bu hədəfə çatdıq və İnşallah, bir aydan sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə