İlham Əliyev və Məhəmməd Şahbaz Şərif bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.
-Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, Azərbaycana bir daha xoş gəlmisiniz. Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.
Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib.
Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq.
İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Həmçinin bu gün əziz qardaşımla zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir.
Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir.
Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik.
Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.
Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.
Beləliklə, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq.
Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Mən ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, biz Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq. Bir daha xoş gəlmisiniz.
X X X
Sonra Pakistan İslam Respublikasının Baş naziri mətbuata bəyanatla çıxış etdi.
-Çox sağ olun, əziz qardaşım Prezident İlham Əliyev.
Azərbaycan və Pakistan nümayəndə heyətlərinin hörmətli üzvləri, xanımlar və cənablar.
Əssalamu əleykum, hər vaxtınız xeyir.
Əziz qardaşım Prezident, möhtəşəm və qardaş ölkəmiz olan Azərbaycana bizi dəvət etdiyiniz üçün çox sağ olun. Ötən gecə Bakıya eniş etdikdən bəri burada keçirdiyimiz hər andan zövq almışıq. Səfərəmiz nəinki çox rahat, eyni zamanda, çox məhsuldar və faydalıdır. Gözəl Bakı şəhərini yay mövsümündə seyr etmək zövq oxşayır, onun landşaftını, yaşıllığını nəzərdə tuturam. Nümayəndə heyətinizi İslamabada göndərdiyiniz üçün çox sağ olun. Onlar indi gözəl İslamabadı daha da abadlaşdırırlar. İslamabadın özünəməxsus təbii gözəlliyi var. O, dağın ətəyində yerləşir, komandanız çox gözəl şəhəri daha da gözəlləşdirərək abadlaşdırır. Çox sağ olun. Burada Bakı ağ qar örtüyünə bürünüb və bu da özlüyündə bizə əlavə rahatlıq verir.
Zati-aliləri, bugünkü müzakirələrimiz çox məhsuldar və faydalı olub, qardaşlığımızın və qardaş münasibətlərimizin ruhunu dərindən əks etdirir. Siz Pakistanı dəstəkləmisiniz, Siz Pakistan xalqını sevirsiniz, Siz bu möhtəşəm ölkəyə rəhbərlik etməyə başlayandan bəri sözlərinizi əməllərinizlə sübuta yetirmisiniz. Eynilə, Zati-aliləri, Sizə deyə bilərəm, şübhəsiz ki, Pakistanda bütün siyasi partiyalar bir neçə məsələdə yekdildirlər. Bu məsələlərdən biri də Pakistan və Azərbaycan arasındakı dostluqdur. Bu, Pakistandakı bütün təbəqələr tərəfindən dəstəklənir və bu da bizə böyük məmnunluq hissi verir.
Zati-aliləri, ötən dəfə Pakistana səfəriniz qardaşlıq münasibətlərimizi yeni səviyyə qaldırdı və bu, səmimi əlaqələri gücləndirdi. Azərbaycanın Pakistanın birgə müəssisələrinə 2 milyard dollar sərmayə yatıracağını nəzərdə tutduğunuzu bəyan edəndə mən Sizə hədsiz dərəcədə minnətdar oldum. Bunlar qarşılıqlı faydalı investisiyalardır və hər iki ölkəyə dividentlər gətirir. Mən böyük sevinc hissi ilə qeyd edirəm ki, hər iki heyət bu məsələ üzərində nəticələr əldə etmək üçün çox ciddi işləyib və bu gün səhər hər iki tərəfin çoxlu iş gördüyünü və hər iki tərəfə bütün hazırlıqları yekunlaşdırmaq üçün 1 ay vaxt verildiyini Sizdən eşitməkdən çox şad oldum. İnşallah, aprel ayında, hər şey müzakirə edildikdən və qərar qəbul olunduqdan sonra mən bu 2 milyard dollar dəyərində razılıqları tamamlamaq üçün yenə də Sizi İslamabadda qəbul etməkdən böyük şərəf və sevinc hissi keçirəcəyəm.
Zati-aliləri, bu, bizim ticarət və investisiya münasibətlərimizdə ilk keyfiyyətli sıçrayış olacaq və qardaşlıq əlaqələrimizi əhəmiyyətli dərəcədə əks etdirəcəkdir. Çünki bizim dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə, beynəlxalq forumlarda düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olmuşdur. Lakin hesab edirəm ki, iş birliymiz, ticarətimiz, investisiya münasibətlərimiz bizim əlaqələrin həqiqi gücünü əks etdirmirdi. Hesab edirəm ki, bu gün biz bu hədəfə çatdıq və inşallah, bir aydan sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd edəcəyik. Mən Sizin səmimiyyətinizə, liderliyinizə, müdrikliyinizə və baxışınıza görə həddindən artıq minnətdaram. Əziz qardaşım Prezident İlham Əliyev, Sizi əmin etmək istəyirəm ki, mən etimadınızı doğruldacağam, sizin sürətinizi və üzərinizə götürdüyünüz öhdəliklərinizi qarşılamağa və hətta ondan da artığını etməyə çalışacağam.
Zati-aliləri, Pakistan həmişə Azərbaycanı Qarabağ məsələsində dəstəkləmişdir və əlhəmdülillah, Sizin baxışınız, cəsarətiniz və qətiyyətli qərarlarınız bu bölgədə sülhə gətirib çıxardı. Sabah mən Füzuliyə, ondan sonra isə dağlara, Şuşaya getməli idim. Lakin düşünürəm ki, mən qarın yağması ilə bir növ soyuq havanı dünən axşam hiss etdim. Biz belə qərara gəldik ki, yayda sizin gözəl ölkənizə konfransda iştirak etmək üçün gələcəyik, ikinci evimizə yenidən səfər edəndə biz birlikdə oranı ziyarət edəcəyik və Sizin möhtəşəm nailiyyətinizi yüksək dəyərləndirəcəyik.
Zati-aliləri, Kəşmir əhalisinə dəstəyinizə görə Sizə təşəkkür edirəm. Siz hər zaman heç bir siyasi şərt və ya tərəddüd olmadan Kəşmir məsələsində bizim haqq işimizi dəstəkləmisiniz və bu, Sizi fərqləndirən xüsusiyyətinizdir, sarsılmaz mövqeyinizdir. Biz Pakistan xalqı bunu yüksək qiymətləndiririk. Ümidvaram ki, Baş Assambelya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bizim kollektiv səylərimiz sayəsində bir gün tezliklə həyata keçəcək. Çünki onlar da insandır və 70 il ərzində öz azadlıqları, öz müqəddəratını təyinetmə hüquqları uğrunda mübarizə aparmaq üçün özlərini qurban veriblər. Düşünürəm ki, dünya onların haqq işini və səylərini dəstəkləməli, buna qarşı çıxmamalıdır.
Eyni zamanda, Zati-aliləri, indi Qəzza əhalisinin daimi atəşkəsə ehtiyacı var və dünya qəzzalıların və fələstinlilərin haqq işini qəbul edib, ikidövlətli həll prinsipi əsasında Fələstin dövlətinin yaradılması məsələsində tam yekdillik var. Düşünürəm ki, bu vaxt, yəni, fasilə zamanı, Qəzzada daimi atəşkəsə sadiqlik olacaq və zənnimcə, bu ərazidə iki dövlətin mövcudluğu - Fələstin dövlətinin yaradılması arzusu yaxın gələcəkdə reallaşacaq.
Zati-aliləri, bu gün burada imzalanmış anlaşma memorandumları və sazişlər gələcəkdə çox yaxşı dividendlər gətirməsi üçün bizim səmimi səylərimizi təşviq edəcək. SOCAR və pakistanlı həmkarları sıxılmış maye qaz razılaşmasını əlavə 2 il müddətinə uzatdılar. Ticarət şirkəti yaradılıb və əlbəttə ki, bu gün bir çox başqa əlamətdar anlaşma memorandumları və sazişlər imzalandı. Mən Sizin müstəsna dəstəyinizə görə minnətdaram. Sizinlə tamamilə razıyam ki, Pakistan ilə Azərbaycan arasında strateji müdafiə sahəsində gözəl əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılmasının vaxtı çatıb. Bizim müdafiə sahəsində birgə istehsal potensialımız olmalıdır. Bu, hər iki tərəfin öhdəliyinə düşür və aprel ayında Azərbaycan nümayəndə heyəti Pakistana səfər edəndə bu məsələ nümayəndə heyətinin gündəliyində başlıca prioritet təşkil edəcək. Biz bununla əlaqədar ciddi və səmimi müzakirələr və danışıqlar aparmağa hazır olacağıq.
Zati-aliləri, bizim beynəlxalq infrastruktur dəhlizi layihəmiz zamanın tələbidir və Qvadar limanı idxal-ixrac üçün təyinat məntəqəsidir. Düşünürəm ki, bu, bütün regiona transformativ və çox müsbət təsir göstərəcək. Biz Sizin baxışınızı tam dəstəkləyirik və nümayəndə heyətləri Sizin planınızın həyata keçirilməsi üçün yollar və imkanlar tapmaq məqsədilə görüşən zaman bu, bir daha gündəlikdə duran məsələlərdən biri olacaq. Çünki bu, hər kəs üçün uduşlu vəziyyət olacaq.
Zati-aliləri, mən çox səmimi qonaqpərvərliyinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək istərdim. Siz qardaşsınız, biz bir ailə kimiyik. Mən apreldə təkcə Pakistan xalqının deyil, qardaş ölkə Azərbaycanın bütün guşələrində deyil, bütün dünyanın izləyəcəyi bu möhtəşəm tədbir və möhtəşəm imzalama mərasimi ilə bağlı Sizin Pakistana səfərinizi səbirsizliklə gözləyirəm. Bu, bizim nail olmalı və dərindən düşünməli olduğumuz məsələdir. Təkcə bu regionda deyil, bütün dünyada sülh, tərəqqi və çiçəklənmə olmalıdır. Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və inşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq. Təşəkkür edirəm, Allah Sizi qorusun!
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Qara dənizdə neft tankerinə hücum olub
Dünya 03:22Kəmaləddin Heydərov bu polkovniki təqaüdə göndərdi
Sosial 03:05Messi fəxri doktor seçildi...
İdman 02:21Bu gün Rusiya üçün yeni sanksiyalar işə düşəcək
Dünya 00:02UEFA-dan QƏRAR - bu oyun barədə araşdırma başlanıldı
İdman 6 Oktyabr 23:22Allahşükür Paşazadə Qazaxıstanın vitse-prezidenti ilə görüşüb
Siyasət 6 Oktyabr 23:03"İstintaq gedir" - Paşinyan sərhədi keçən Azərbaycan əsgəri barədə danışıb
Siyasət 6 Oktyabr 22:31Mikayıl Cabbarov Britaniyalı nazirlə görüşüb
İqtisadiyyat 6 Oktyabr 22:1916 yaşlı qızını nişanlayan ata 1000 manat cərimələnib
Sosial 6 Oktyabr 22:02Maykl Cordanın Ferrari avtomobili rekord qiymətə satılıb...
Texnologiya 6 Oktyabr 21:52Miuccia Prada 1980-ci illərin qarderobuna nəzər saldı…
Dəb 6 Oktyabr 21:28İnternetdə alış-veriş üçün İslami taksit planı hazırlanır...
Sosial 6 Oktyabr 21:06“Kifayət qədər müəllim yoxdur, hamısı Polşadadır”
Təhsil 6 Oktyabr 20:52Bu araşdırma uzun müddətdir davam edən mübahisəyə son qoyur..?
Texnologiya 6 Oktyabr 20:27Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
Siyasət 6 Oktyabr 20:12Husilər Qırmızı dənizdəki əsas neft boğazından uzaqlaşdırılıb...
Dünya 6 Oktyabr 20:05Bu ölkələrin daxili işlər nazirləri təxliyə planlarını müzakirə ediblər
Dünya 6 Oktyabr 19:52Əsas vəzifə Putinə nəticə verməmək!..
Dünya 6 Oktyabr 19:25Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
İdman 6 Oktyabr 19:14Çinli belarusları ruslardan necə ayırd edə biləcəyinizi izah edir...
Dünya 6 Oktyabr 19:06Ukrayna ordusunda yeni Belarus xüsusi təyinatlı “Volya” rotası...
Dünya 6 Oktyabr 18:51İsveç Polşaya "Patriot" sistemləri göndərəcək
Dünya 6 Oktyabr 18:34Lipsits: Putinin iqtisadiyyatı çökəcək...
İqtisadiyyat 6 Oktyabr 18:27Putin: Ağıl Rusiyanı anlaya bilməz...
Dünya 6 Oktyabr 18:05Sibirdəki sirli vəba Putinin "Çernobıl"ına çevriləcəkmi?..
Dünya 6 Oktyabr 17:54ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
Dünya 6 Oktyabr 17:51Rüşvət almaqda ittiham edilən vəzifəli şəxs barəsində qərar verilib
Sosial 6 Oktyabr 17:39"Ombudsman haqqında” Qanununda dəyişiklik təsdiq edildi
Siyasət 6 Oktyabr 17:38Tikilidə baş verən yanğın söndürülüb
Hadisə 6 Oktyabr 17:30Üç ölkənin xüsusi təyinatlılarının birgə təlimi keçirilib
Siyasət 6 Oktyabr 17:27E kodlu qida əlavələrinin insan sağlamlığına təsiri - QİDA EKSPERTİ
Sosial 6 Oktyabr 17:10Ət istehlak edərkən bunlara DİQQƏT EDİN - EKPSERT AÇIQLADI
Səhiyyə 6 Oktyabr 17:05"İdman həm ölkənin nüfuzu, həm də yumşaq güc siyasətinin təsirli vasitələrindən biridir" - ŞƏRH
Siyasət 6 Oktyabr 16:51ABŞ, Çin və Rusiyanın qlobal münaqişələrin həllinə təsiri - ŞƏRH
Siyasət 6 Oktyabr 16:16Hər uşağa ortopedik ayaqqabı lazımdır? Valideynlərin bilməli olduğu məqamlar - ARAŞDIRMA
Sosial 6 Oktyabr 16:14YAP Səbail rayon təşkilatında müşavirə keçirilib - YENİLƏNİB/FOTOLAR
Siyasət 6 Oktyabr 16:13“Sosial siyasət insan kapitalına investisiya kimi qəbul edilməlidir” - Ədalət Muradov
Siyasət 6 Oktyabr 15:52“Tədbirlərin sayı deyil, əldə olunan nəticə əsas göstərici olmalıdır” - Ədalət Muradov
Siyasət 6 Oktyabr 15:45“Azərbaycan öz gücü və imkanları hesabına inkişaf edir” - Ədalət Muradov
Siyasət 6 Oktyabr 15:41“Azərbaycan reallıqları cəmiyyətə düzgün təqdim olunmalıdır” - Muxtar Nağıyev
Siyasət 6 Oktyabr 15:32Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
İqtisadiyyat 6 Oktyabr 15:29“İdeoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməlidir” - Muxtar Nağıyev
Siyasət 6 Oktyabr 15:27“Rusiya Federasiyasının gələcəyi sual altında: Yeni dövlətlər yarana bilər” - SİYASİ ŞƏRHÇİ
Siyasət 6 Oktyabr 15:11YAP Səbail rayon təşkilatında müşavirə keçirilir - YENİLƏNİR/FOTOLAR
Siyasət 6 Oktyabr 15:10Hisə verilmiş kolbasa və sosislərə nə qədər güvənmək olar? -HƏKİM DANIŞDI
Səhiyyə 6 Oktyabr 15:02Tarixi yaddaş və gələcəyin təhlükəsizlik arxitekturası - ANALİZ
Siyasət 6 Oktyabr 13:46ADY doqquz ayda 8,5 milyona yaxın sərnişin daşıyıb
Maraqlı 6 Oktyabr 13:07Azərbaycanın hər bir uğurunda YAP-ın payı və rolu var - TƏHLİL
Siyasət 6 Oktyabr 12:50Minimum əməkhaqqı nə qədər artırılmalıdır ki, işçinin real gəliri artsın? - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 6 Oktyabr 12:45Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Siyasət 6 Oktyabr 12:38Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK
Siyasət 6 Oktyabr 12:35Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNƏCƏK
Siyasət 6 Oktyabr 12:32Ailə büdcəsini ən çox sarsıdan gözlənilməz xərclər hansılardır? - AÇIQLANDI
İqtisadiyyat 6 Oktyabr 12:15Azərbaycan musiqisi Cənubi Koreyada
Mədəniyyət 6 Oktyabr 12:08İki ölkənin orduları Səudiyyə Ərəbistanında
Dünya 6 Oktyabr 12:05Yaponiya havadan müdafiəni ucuz raketlərlə təmin edəcək
Dünya 6 Oktyabr 12:03Avropa Rusiya diplomatlarına təzyiqi artırır
Siyasət 6 Oktyabr 12:01Fransada etirazlar geniş vüsət alır: liseylər bağlanır
Siyasət 6 Oktyabr 11:58Moskva yaxınlığında böyük bir neft anbarı yanır
Dünya 6 Oktyabr 11:57Antonio Quterreş Pakistanda səfərdədir
Dünya 6 Oktyabr 11:52İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir - Sahibə Qafarova
Siyasət 6 Oktyabr 11:50“Azərbaycan ABŞ və Çin kimi iki supergüclə strateji tərəfdaşdır“ -EKSPERT DANIŞDI
Siyasət 6 Oktyabr 11:35“İkinci ali təhsilə qəbul elektron qaydada aparılır, təhsil isə ödənişlidir” -EKSPERT DANIŞDI
Siyasət 6 Oktyabr 11:00Uşağın fikrini dinləmək tərbiyənin bir hissəsidirmi? - KÖŞƏ
Sosial 6 Oktyabr 10:18Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Sosial 6 Oktyabr 10:08Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 6 Oktyabr 09:17Astarada "Niva" aşıb, sürücü hadisə yerində ölüb
Hadisə 6 Oktyabr 05:04Bakıda binada yanğın olub - sakinlər təxliyə edilib
Hadisə 6 Oktyabr 04:06Türkiyə əsgəri Ərəbistana gedir - QƏRAR
Siyasət 6 Oktyabr 03:22Halal pulun qurbanı
Ədəbiyyat 6 Oktyabr 03:05Sabiq idarə rəisi olan polkovnik həbs edildi
Hadisə 6 Oktyabr 02:22Bakıda iki avtomobil toqquşub
Hadisə 6 Oktyabr 02:03Avropa Birliyindən Moldovaya 157 milyon avroluq SÜRPRİZ
Dünya 6 Oktyabr 01:22Ceyhun Bayramovla nigeriyalı xanım nazir arasında telefon danışığı olub
Siyasət 6 Oktyabr 01:03Tovuzda ata oğulu bıçaqlayıb
Hadisə 6 Oktyabr 00:22Mirzoyan Pezeşkianla görüşdü - TRİPP layihəsi müzakirə olunub
Dünya 6 Oktyabr 00:02Özəl xəbərlər
Digər xəbərlərE kodlu qida əlavələrinin insan sağlamlığına təsiri - QİDA EKSPERTİ
Sosial 6 Oktyabr 17:10Ət istehlak edərkən bunlara DİQQƏT EDİN - EKPSERT AÇIQLADI
Səhiyyə 6 Oktyabr 17:05"İdman həm ölkənin nüfuzu, həm də yumşaq güc siyasətinin təsirli vasitələrindən biridir" - ŞƏRH
Siyasət 6 Oktyabr 16:51
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;

.jpg)
.jpg)
