“Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü ilə bağlı məlumatlar yayılıb”. Bunu SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
O bildirib ki, bu görüşdə Cənubi Qafqazla bağlı məsələləri müzakirə edəcəklər: “Lakin köhnə zaman deyil artıq bütün proseslər dəyişib. Yəni Cənubi Qafqazın, Yaxın Şərqin, Orta Asiyanın ABŞ-la əlaqəsini Rusiya həll etdiyini desək doğru danışmarıq. Burada formalaşan yeni aktorların hadisələrə ciddi təsirləri var. Ukrayna məsələsində ABŞ-la Rusiya nə qədər görüşüb həll etmək istəsə də, artıq Ukrayna bu cəhbədə Türkiyəni və ümumi Avropanı görmək istəyir. Ermənistan və Azərbaycan arasındakı sülh məsələsinə gəldikcə isə burada Türkiyə, Avropa və Çin amili var. Yaxın Şərqdə Süriya məsələsində Türkiyə bütün prosesləri öz əlində cəmləyə bilib. Suriyanın yeni höküməti Türkiyə ilə sıx əlaqədədir. Belə olduğu halda, biz yalnız ABŞ-la Rusiyanın bu görüşdə regionun taleyinə təsir edə biləcək qərarlar qəbul edəcəyini düşünmürəm. Ola bilər müzakirələr edə bilərlər, fikirlər bildirərlər amma mən düşünmürəm ki, sırf bu müzakirələr regionun talehini həll edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə