"Ağdam yenidən özünün əzəmətli görkəmini əldə edir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidentinin vaxtaşırı işğaldan azad olunmuş ərazilərə səfər edir”. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, bununla da quruculuq-bərpa işlərini özü yoxlayır, tapşırıqlar verir və şübhəsiz ki, bu quruculuq işlərində çox ciddi dəyişikliklər edir: “Görünən ondan ibarətdir ki, Ağdam şəhərinin bərpası üçün çox böyük işlər görülüb. Yaşayış evləri tikilib, məktəb, uşaq bağçası eyni zamanda sosial obyeklər inşa edilir. Ağdam Azərbaycanın musiqi, muğam akademiyası olduğuna görə burada böyük bir Muğam Mərkəzi də inşa edilir. Görülən işlər demək olar ki, tamamlanmaq üzrədir. Bunun özü göstərir ki, işğaldan azad olunan Ağdam yenidən özünün əzəmətli görkəmini əldə edir və ağdamlıların geri qayıdacağı gün elə də uzaqda deyil. Azərbaycan Prezidenti bu məsələlərin daim diqqətdə olduğunu keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna qayıtmasının dövlətin əsas prioritet məsələlərindən biri hesab edir. Tək Ağdam deyil, cənab Prezident Xocalı və Xankəndində də oldu”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə