"Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşünə artıq hazırlıq işləri gedir". Bunu SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Tramp çox böyük ehtimalla mayın 9-da Moskvada Zəfər paradında iştirak edəcək: "Münasibətlərin bərpası son dərəcə dünya birliyi üçün vacib hadisədir. O cümlədən də bəllidir ki, tərəflərin bütün problemli vəziyyətlərlə bağlı fikirləri var. Bu bütün məsələləri özündə əks etdirir. Vacib görünən odur ki, ilk növbədə çalışırlar ki, iki lider bu ağır məsələlərlə bağlı konsensus aparsınlar. Bu vacib məsələdir. Görünən odur ki, dünya birliyində qanunvericilik bazası mövcud olduğuna baxmayaraq normal işləmir. Biz elə öz timsalımızda da görürük ki, Ermənistanın cavabını özümüz verməli olduq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özümüz həyata keçirdirik. Bununla da gördük ki, dünya birliyi institutları fəaliyyət göstərir, amma onların təhsili görünmür".
T.Abbasov vurğulayıb ki, Cənubi Qafqaza da Azərbaycan israrlıdır ki, irəli sürdüyü sülh gündəliyinin reallaşmasına nail olsun: "Bu tək Azərbaycanın yox, daha çox Ermənistana, Gürcüstana və ətraf dövlətlərə də lazımdır. Çünki Ermənistan bir tərəfdən təhlükə istehsal edir amma etdiyi işlərin fərqinə varmır ki, ilk növbədə o bölgədə tək deyil. Əgər Ermənistan qırmızı xətləri keçsə özü bir yana qonşular üçün problem yaradır. Putin və Tramp da bilir ki, Cənubi Qafqazda Azərbaycan liderlik funsiyalarını çox yaxşı şəkildə həyata keçirir. Biz həqiqətən də təhlükəsizliyin təminatçısı qismində çıxış edirik. Düzdür bəzi xarici qüvvələr istəyir ki, Ermənistandan istifadə edərək eskolasiya ruhunu Cənubi Qafqaza gətirsinlər ancaq biz buna yol vermirik və verməyəcəyik. Bu baxımdna istər Putin, istərsə də Tramp Cənubi Qafqazla bağlı artıq yaxından məşğul olmalı deyillər. Buranın artıq özünəməxsus lideri var. O, həm özü, həm də ətrafdakı bölgələr üçün təhlükəsizliyi təmin edir. Həmçinin inteqrasiya xəttini inkişaf etdirməklə qonşulara daha sonra tərəfdaşlara xeyli müjdələr gətirmiş olur. Misal üçün Azərbaycanın yaratmış olduğu Cənub Qaz Dəhlizindən neçə ölkə xeyr götürmüş olur. Odur ki, Cənubi Qafqaz məsələsi onların gündəmində yoxdur. Ermənistan təxribat etmək istəsə də birinci cavabını alacaq, ikincisi Azərbaycan icazə verməyəcək ki, o xırda lokal münaqişə beynəlmiləşərək böyüsün. Bizim buna gücümüz var. Makron və s. başqaları nə istəyir danışa bilər. Amma onlar o gücə malik deyillər ki, Cənubi Qafqazda müəyyən şeylərə təsir etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə