"Bələdiyyə seçkilərində müşahidəçilərin üzərinə böyük rol düşür" - Müşahidəçi FİKRİ
"Bu gün keçirilən bələdiyyə seçkilərində müşahidəçilərin də üzərinə böyük rol düşür. Biz çalışdıqımız qədər yarana biləcək problemləri müşahidə edərək bunları qeyd edirik". Bu sözləri SİA-ya açıqlamasında müşahidəçi Mehriban Abbasova bildirib.
Onun sözlərinə görə, səhər saat 8-dən başlayan seçkilərdə hal-hazırda 12 saylı məntəqədə heç bir mənfi hal baş verməyib: "İstər məntəqə sədri və məntəqə işçiləri olsun, istərsə də vətəndaşlar tam normal şəkildə işlərini icra edirlər. Seçicilər gəlir səslərini verir və gedirlər. Hər şey normal şəkildə irəliləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə