"Bu gün keçirilən bələdiyyə seçkilərində müşahidəçilərin də üzərinə böyük rol düşür. Biz çalışdıqımız qədər yarana biləcək problemləri müşahidə edərək bunları qeyd edirik". Bu sözləri SİA-ya açıqlamasında müşahidəçi Mehriban Abbasova bildirib.
Onun sözlərinə görə, səhər saat 8-dən başlayan seçkilərdə hal-hazırda 12 saylı məntəqədə heç bir mənfi hal baş verməyib: "İstər məntəqə sədri və məntəqə işçiləri olsun, istərsə də vətəndaşlar tam normal şəkildə işlərini icra edirlər. Seçicilər gəlir səslərini verir və gedirlər. Hər şey normal şəkildə irəliləyir".