“Amnesty İnternational” və “Human Rights Watch” özlərini ifşa edirlər ANALİZ

Görən bu təşkilatlar Virciniya ştatında jurnalist Alison Parkerin və fotoqraf Adam Vardun canlı yayım zamanı güllələnərək qətlə yetirilməsinə niyə münasibət bildirmirlər?

Dünya miqyasında böyük rəğbət göstərilən, hörmət nümayiş etdirilən dövlətlərdən biri də Azərbaycandır. Ölkəmiz bu dəyəri dövlət başçının apardığı ciddi, əsaslı siyasəti və Azərbaycan xalqının nəcib xalq olması ilə qazanıb. Məhz bu kimi mövqeyi səbəbi ilə əlaqədar olaraq əksər dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla iki və çoxtərəfli əməkdaşlıq əlaqələri qurmağa can atırlar. Eyni zamanda dünya birliyi beynəlxalq miqyaslı konfransların, tədbirlərin sabitlik adası kimi özünü tanıtdırıb qəbul etdirməyi bacaran Azərbaycanda keçirilməsini istəyirlər. COP29 konfransının Azərbaycanda keçirilməsi məhz beynəlxalq aləmin ölkəmizə böyük dəyərinin və hörmətinin nümunəsidir. Təbii ki, belə bir mötəbər bir tədbirin Azərbaycana etibar edilməsi uzun illərdir ölkəmizin həyata keçirdiyi uğurlu xarici və daxili siyasətin məntiqi nəticəsidir. Söz yox ki, Azərbaycan bu tədbirin uğurla başa çatmasına nail olacaq. Bu əminliyi yaradan Azərbaycanın yüksək təcrübəyə və geniş imkanlara malik olmasıdır. Təəssüflər olsun ki, bəzi üzdəniraq dövlətlər və qüvvələr Azərbaycanda COP29 konfransının keçirilməsindən istifadə edərək müxtəlif formalarda ölkəmizə təzyiq göstərməyə və öz məkrli niyyətlərini həyata keçirməyə cəhdlər göstərirlər. İrəli sürülən iddialar isə insan hüquqlarının müdafiəsi, ətraf mühitin qorunması sahəsində problemlərin olması göstərilir. Bu yerdə yaxşı deyiblər, "öz gözündə tiri görmür başqasının gözündə tükü seçir". Özlərində insan hüquqları sahəsində ciddi problemlər var, addımbaşı insanlar təqib olunur, döyülür, söyülür, zindanlara atılır, bizim kimi sivil, azad dövləti hədəf seçirlər.

Texasda, Kaliforniyada separatizm baş qaldırsa, ABŞ Konqresinin və Senatının mövqeyi necə olar?

Fransa, Almaniya, Niderland və ABŞ-ın siyasi dairələri ilə yanaşı onların maliyyələşdirdikləri beynəlxalq təşkilat adına iddia edən qurumlarda xor dərnəyinin cükküldəyən bacarıqsız üzvləri kimi ağız-ağıza verib Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Gah Fransa Assambleyası, gah Almaniya Bundenstaqı 30 illik işğal dövründə Azərbaycanın yeraltı- yerüstü sərvətlərini talayan, minlərlə insanı qəddarcasına öldürən, 1 milyona yaxın insanın ev-eşiyindən didərgin salınmasında xüsusi rol oynayan və 23 saat 44 dəqiqəlik antiterror əməliyyatları zamanı həbs edilərək istintaqa təhvil verilən erməni separatçılarının azad edilməsi barədə absurd çağırışlar edir, qətnamələr qəbul edirlər. Bu günlər isə erməni lobbisinin əsas simalarından olan ABŞ-ın 43 Senatoru dövlət katibi Blinkerə müraciət edərək COP29 konfransını əsas gətirərək Azərbaycan qarşı separatçı qərarların qəbul edilib, addımlar atılmasını xahiş ediblər. Senatorların bu cür separatçı addımları Azərbaycanın işğal edilən ərazilərində vandalizm aktları törədən terrorçularla onların həmfikir olmasına şübhələr yaradır. Çünki terrorçu dağıdırsa və böyük partlayışlar həyata keçirsə, onların bu əməlləri pislənilməlidir, dəstək verilirsə deməli elə terrorçuların sırasındadırlar və onlarla eyni əqidə sahibləridir. Sual olunur, əgər Texasda, Kaliforniyada və digər ştatlarda terror aktları yolu ilə rəsmi Vaşinqitondan ayrılmaq yolu tutulularsa ABŞ Konqresinin və Senatının mövqeyi necə ola bilər? Heç şübhəsiz ki, erməni terrorçularının Bakıda təcridxanaya salınmasına görə, qara geyinib, qara-qura fikirlər söyləyən senatorlar Texasda və Kaliforniyada azadlıq mübarizəsi adı altında ayağa qalxıb, iğtişaşlar törədən, dinc insanları öldürənlərin cəzalandırılması üçün orduya çağırışlar edər, prezident qarşısında tələb irəli sürərlər. Elə isə Azərbaycanda erməni terroruna niyə dəstək verirlər? Özləri erməni terroruna dəstək verməklə kifayətlənməyib maliyyələşdirdikləri və bununla da özlərindən asılı vəziyyətə saldıqları "Amnesty İnternational" və "Human Rights Watch" kimi qondarma təşkilatları da Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa məcbur edirlər "Amnesty İnternational" və "Human Rights Watch" oxşar tezislərlə çıxış etməklə özlərini ifşa etmiş olurlar. Onların COP29 ərəfəsi nümayiş etdirdikləri şər və böhtanlar bir daha hansı məqsədlərə xidmət etdiklərini təsdiqlədilər.

"Amnesty International" və "Human Rights Watch" ənənəvi riyakarlıqlarından əl çəkmirlər

"Amnesty International" və "Human Rights Watch" "insan hüquqlarının müdafiəçisi" rolunda çıxış etdiklərini bəyan etsələr də, əslində, siyasi sifarişlər yerinə yetirirlər. Doğrudan da əgər bitərəf və insan hüquqlarının müdafiəsinə önəm verən təşkilatlardılarsa, Fransa da "Sarı jiletlilər"in aksiyası zamanı yüzlərlə insan Makronun zorakılığı ilə üzləşdi, çoxsaylı aksiya iştirakçısı öldürüldü, şikəst edildi, nədən bu təşkilatlar etiraz açıqlaması ilə etmədilər? Avqustun 26-da ABŞ-ın Virciniya ştatında ştatında WDBJ7 televiziyasının əməkdaşları olan jurnalist, 24 yaşlı reportyor Alison Parker və 27 yaşlı fotoqraf Adam Vard canlı yayım zamanı güllələnərək, qətlə yetirildilər. Söz və mətbuat azadlığından moizələr söyləyən, məlumatlar paylaşan "Amnesty International" və "Human Rights Watch" jurnalistlərin canlı efir zamanı öldürülmələrinin üstündə sükutla keçdi. Hər gün ABŞ-ın, Fransanın və Almaniyanın terror maşının zərbələri nəticəsində müxtəlif münaqişə bölgələrində yüzlərlə insan öldürülür, girov götürülərək işgəncələrə məruz qalırlar "Amnesty International" və "Human Rights Watch" isə özlərinə kar və korla kimi aparırlar. Azərbaycana gələndə isə özlərini iti gözlü, tez eşidən şəxslər kimi göstərirlər. Belələrini ciddi qurum kimi yanaşmaq olmaz. Mövcud faktlara əsaslanmaqla Qərbi Azərbaycan İcması yaydığı bəyanatında "Amnesty International" və "Human Rights Watch"u məlum dairələrin əlində siyasi vasitə olduğunu qeyd edir: "COP29 yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı təzyiqləri və hücumları daha da güclənməkdədir. Amnesty International və Human Rights Watch təşkilatları bu gün səhər yaydıqları bəyanatda Azərbaycanın COP29-a ev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər.Bu bəyanatların eyni gündə yayımlanması və Azərbaycana qarşı son həftələrdə artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərir. Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir".

İcmanın yaydığı bəyanatında o da vurğulanır ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında İcmamızın Amnesty International və Human Rights Watch-a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduğunu göstərir: "Bütün bunlar Amnesty International və Human Rights Watch-un məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir. Biz Amnesty International və Human Rights Watch-un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətlərini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq".

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə