"Hər kəs ölkəmizin inkişafının inamlı əllərdə olduğunu bilməlidir" - MİLLƏT VƏKİLİ DANIŞDI

"Azərbaycan cəmiyyəti vaxtaşırı Cənab Prezidentin regionlara səfərinin şahidi olur. Hər səfər geniş işıqlandırılır.Dövlət başçısının regionlara səfəri zamanı həmin regionun sosial-iqtisadi inkişafıyla bağlı verdiyi tapşırıqların nə cür yerinə yetirildiyinin bir daha şahidi olur. Bir çox sosial və ictimai obyektlər açır. İnfrastrukturun yenilənməsi lahiyələrinin həyata keçirildiyinin şahidi oluruq. Həmçinin Cənab Prezident yerli əhaliylə görüşərək onların məsələlərə baxışıyla, onların təklifləri ilə yaxından tanış olur". Bu sözləri SİA-ya açıqlamasında Millət vəkili Aydın Mirzəzadə bildirib

Onun sözlərinə görə Cənab Prezidentimizin regionlara səfər etməyindəki əsas məqsədi bütün Azərbaycanın inkişafına nail olmaq, regionların inkişafını nəzarətdə saxlamaq, yeni iş yerlərinin yaradılmasının, əhalinin sosial rifahının yüksəldilməsinə çalışmaq, eyni zamanda yeni təcrübənin, yeni texnologiyanın Azərbaycana gətirilməsinə dəstək olmaqdır: "Bunların yerinə yetirilməsinin biz canlı şahid oluruq. Bu səfərlər sabaha planları daha yaxşı qurmağa, artıq əldə edilmiş nəticələri daha da yaxşılaşdırmağa imkan verir. Cənab Prezident regionlarda olarkən tez-tez yerli KİVlərə müsahibələr verir. Həmçinin birbaşa cəmiyyətə müraciət ünvanlayır, görülən işlərlə bağlı hesabatı səsləndirir, bir çox aktual məsələlərə öz mövqeyini bildirir. Hər bir azərbaycanlı ölkəmizin inkişafının inamlı əllərdə olduğunu, Azərbaycanın bu gününü və sabahını düzgün qura bilən, güclü siyasətçinin əllərində olduğunu bilməlidir".

Millət vəkili açıqlamasına belə davam edib: "Bu gün İlham Əliyev Şuşada Ulu Öndər, Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, Heydər Əliyevin 100 illiyiylə bağlı Azərbaycan xalqına müraciətində də bir çox aktual məsələlər səsləndirildi. Cənab Prezident Azərbaycanın suveren hüquqlarının həmişə qorunacağını, milli maraqların yüksək səviyyədə müdafiə olunacağına dair bir rəhbər kimi fikirlərini səsləndirdi. Həmçinin görülən işlərlə bağlı da növbəti hesabat verildi. Azərbaycan seçicisi, Azərbaycan cəmiyyəti öz seçimini düzgün etdiyini və Cənab İlham Əliyevin simasında Azərbaycanı yüksək səviyyədə təmsil edən, onun maraqlarını qoruyan, onun problemlərini uğurla həll edə bilən bir lider olduğunu bir daha yəqin edir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə