Ermənistan təxribatlara nə zaman son verə bilər? - HƏRBİ-EKSPERT DANIŞDI

“Ermənistan hər zaman sülh sazişinin imzalanması ilə bağlı müddət yaxınlaşanda təxribatlara əl atır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekpsert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, onlar bununla beynəlxalq aləmi inandırmağa çalışır ki, sülhə bölgədə hazırlıq yoxdur: “Ermənistan bütün təxribatları boyu Azərbaycan tərəfindən lazımi cavab alıb. Onlar bu dəfə də yetəri qədər lazımi cavabı aldı. Hesab edirəm ki, onlar yaxın zamanlarda lazımi cavablarını alacaqlar. 2020-ci ildən sonra da böyük ümid var idi ki, Ermənistan reallığı qəbul edəcək. Lakin Ermənistan realığı qəbul etmir, xəstə təxəyyülündən əl çəkmir. Ona dəstək olan qüvvələrə arxayın olub, təxribatlar törədir. Ermənistan tək cəbhə bölgəsində deyil, eyni zamanda diplomatiya sahəsində sərsəm açıqlamalar veir, idman yarışında Azərbaycan bayrağını yandırır və s. müxtəlif növ əxribatalara əl atırlar. Təbii ki, bunların hamısını bütün dünya görür”

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə