"Dezinformasiyaya qarşı hər iki ölkə mediası səylərini birləşdirir" - Natiq Məmmədov

“Bu gün II Azərbaycan – Özbəkistan Media Forumu keçirilir. Azərbaycanla Özbəkistan arasında media sahəsində çox ciddi əlaqələr mövcuddur. Hər iki ölkənin media fəaliyyətini özündə əks etdirən “Yol Xəritəsi” var”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədov deyib.

O bildirib ki, “Yol Xəritəsi”nə uyğun olaraq bir neçə ildir silsilə tədbirlər keçirilir: “Bu tədbirlərə forumlar, jurnalistlərin mübadiləsi, mətbuat katiblərinin müzakirələri, müxtəlif səfərlər və kofransların təşkili aiddir.
Bu gün isə ikinci dəfə Azərbaycan-Özbəkistan Media Forumu keçirilir. Birinci forum isə Özbəkistanda baş tutmuşdu. Burada əsas mövzu dezinformasiyaya qarşı mübarizədə hər iki ölkənin mediasının səylərinin birləşdirilməsidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə