MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub - FOTO

Sentyabrın 29-da Medianın İnkişafı Agentliyində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”nin icrası çərçivəsində Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri ilə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan ilə Özbəkistan arasında media və kommunikasiya sahəsində münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edərək, bu əməkdaşlığın hər iki ölkənin informasiya siyasətinin təkmilləşdirilməsinə, peşəkar təcrübə mübadiləsinə və kommunikasiya institutlarının qarşılıqlı fəaliyyət imkanlarının genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Özbəkistan tərəfi Azərbaycanla media və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi” çərçivəsində həyata keçirilən layihələr dövlət qurumlarının mətbuat xidmətləri arasında təcrübə mübadiləsini genişləndirməklə yanaşı, onlar üçün yeni peşəkar inkişaf imkanları da yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə