Özbəkistana səfər çərçivəsində azərbaycanlı media nümayəndələri “Sevimli TV” telekanalında olub

Özbəkistana səfər çərçivəsində azərbaycanlı media nümayəndələri “Sevimli TV” telekanalını ziyarət edərək kanalın efir siyasəti, proqram kontenti və yaradıcı komandası ilə tanış olublar. SİA xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2017-ci ildə yaranan “Sevimli TV” ötən illər ərzində milli kontentin keyfiyyətini artırmaq üçün 50-yə yaxın yeni layihə hazırlayıb, son iki ildə isə 10 yeni milli serial lentə alınıb.

Ziyarət zamanı qonaqlar “Sevimli TV”nin studiya və çəkiliş sahələrinə baxış keçiriblər. Onlara kanalın texniki imkanları, müasir avadanlıqlarla təchiz edilmiş montaj otaqları, həmçinin canlı efir prosesləri barədə geniş məlumat verilib. Eyni zamanda, hər iki ölkənin televiziya kanalları arasında əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib, gələcəkdə birgə layihələrin icrası və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə