Məlumdur ki, bu gündən etibarən ölkədə "Media savadlılığı həftəsi" elan olunur. Bəs, bunun önəmi nədir? SİA mövzu ilə bağlı media eksperti Yadigar Məmmədlinin fikirlərini öyrənib.
Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi yarandığı dövrdən bir çox ilklərə imza atıb: "Əsasən də yeni qanun qəbul edildiyi vaxtdan media sahəsində bir sıra mühüm işlər görülüb".
Yadigar Məmmədli sözlərinə belə davam edib: "O işlərdən biri də hər il "Media savadlılığı" ilə bağlı keçirilən silsilə tədbirlərdir. Burada seminarlar, tədbirlər bununla yanaşı rayon zonalarında da konfranslar keçirilir. Bu tədbirlər yalnız jurnalistlər üçün deyil, gənclər üçün də mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətdə siyasi aktivliyin artması, informasiya seçimində müəyyən işlərin görülməsi ilə bağlı gəncləri maarifləndirir.
Bu ildə əvvəlki illərdə olduğu kimi proqrama uyğun olaraq bir çox tədbirlər həyata keçiriləcək. Jurnalistlərin, eyni zamanda gənclərin media savadlılıqlarının artması, informasiya təhlükəsizliyinin təmin olunması, dezinformasiyalarının qarşısının alınması ilə bağlı mühüm işlər görüləcək. Bu baxımdan biz jurnalistlər media həftəsi ilə bağlı olan məsələlərin yayılması, daha çox insanın cəlb edilməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirməliyik".
https://medialiteracy.media.gov.az/
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə