Haqqı duyub deyə bilməyən kəsə,
Dinəndə dilini kəs deyəcəklər.
Bir hikmət qoymasan getdiyin yerə,
Ayağını burdan kəs deyəcəklər.
Ev qızmaz ocağı od götürməsə,
Bostan məhsul verməz, su yetirməsə.
Ağac xəzan töküb bar gətirməsə,
O ildə bahara nəs deyəcəklər.
Məqsədsiz yol keçib dağdan ötmə sən,
Dəvətsiz məclisə heç vaxt getmə sən.
Dediyin kəlməyə əməl etməsən,
Boş sözə, söhbətə bəs deyəcəklər.
İlqar, zirvələrə qanad çalsan da,
Tər töküb çalışıb qeydə qalsan da,
Sən pisə nə qədər yaxşı olsan da,
Yenə də adına pis deyəcəklər.
İlqar Dağlaroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB