"Razılaşmanı PUA-larla yoxlayacağıq" - Mövlud Çavuşoğlu

“Atəşkəsi pozan Ermənistan idi. Biz Azərbaycanın yanında olacağıq. Rusiya ilə razılığa gəldik. Razılaşmanı pozan fəaliyyətləri müəyyənləşdirəcəyik və bölgəni PUA-lar ilə yoxlayacağıq". SİA xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu ümid etdiyini bildirib ki, Ermənistan bundan dərs aldı: "Başqasının torpağına bir də belə hücum etməz. Bu müddətdə Minsk üçlüyünün də dərs götürməsi lazımdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə