Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin növbəti hərbi kolonu məhv edilib
Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən SİA-ya məlumat verilib.
Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB