...Fenqfey Sonqun rəhbərlik etdiyi Çin Okean Universitetinin tədqiqatçıları qlobal istiləşmənin Yer kürəsinin müxtəlif bölgələri arasında günəş radiasiyasının paylanmasını dəyişdirdiyi qənaətinə gəliblər.
SİA-nın əldə etdiyi məlumata görə, tədqiqatın nəticələri National Science Review jurnalında dərc edilib.
Modelləşdirməyə görə, 21-ci əsrin sonuna qədər qütb bölgələri daha az günəş enerjisi, şimal mülayim enlikləri isə daha çox günəş enerjisi alacaq.
Bu dəyişikliklər ən çox yay aylarında nəzərə çarpacaq. Alimlərin fikrincə, su buxarı bu prosesdə əsas rol oynayır. Temperatur artdıqca atmosfer daha çox nəm saxlaya bilir və bu da planetin səthinə çatmazdan əvvəl günəş radiasiyasının bir hissəsini udur.
Arktika və Antarktidada istiləşmə buludlarda əlavə nəmin toplanmasına kömək edir. Nəticədə bulud kütlələri daha sıxlaşır və daha çox günəş işığını kosmosa əks etdirir.
Eyni zamanda, Şimali Amerika, Avropa və Asiyanın böyük hissəsini əhatə edən şimal orta enliklərində bulud örtüyü tədricən azalır və daha çox günəş enerjisinin Yer səthinə çatmasına imkan verir.
Hesablamalar göstərir ki, ən pis emissiya ssenarisində Arktikada günəş radiasiyasında mövsümi dəyişikliklər təxminən 15 faiz, Antarktidada isə 7 faiz azala bilər.
Bunun əksinə olaraq, şimal orta enliklərində yay və qış temperaturları arasındakı fərq təxminən 2 faiz arta bilər. Tədqiqatın müəllifləri qeyd edirlər ki, iqlim peyk məlumatlarında son iki onillikdə oxşar tendensiyalar müşahidə olunur.
Onların hesablamalarına görə, günəş enerjisinin yenidən bölüşdürülməsi buzlaqların ərimə sürətinə, çay su balansına və dünyanın müxtəlif bölgələrində günəş elektrik stansiyalarının səmərəliliyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB