…Arxeoloqlar Sudanda tapılan mumiyaları araşdırıblar. Qalıqların bəziləri uşaqlara məxsus olub və üzlərində döymə izləri tapılıb.
Alimlər qədim nubilərin uşaqlarının üzlərini niyə boyadıqlarını aşkar ediblər. Arxeoloqlar indiki Sudan ərazisində yerləşən üç arxeoloji sahədən təxminən 1400 il yaşı olan 1048 mumiyanın qalıqlarını araşdırıblar.
Onlardan 27-sində döymə izləri tapılıb. Məlum olub ki, qalıqların bəziləri 11 yaşdan kiçik uşaqlara məxsusdur. Döymə daşıyıcılarının ən gənci cəmi 18 aylıq olub.
Əksər hallarda üzlər nöqtələr və tirelərlə örtülüb, alında romb şəkilli fiqurlar və ya xaçlar əmələ gətirib.
Həmçinin, rəsmlərin iynələrlə deyil, bıçaqla tətbiq olunduğu da aşkar edilib.
SİA xəbər verir ki, PNAS jurnalına görə, Missuri Universitetinin alimləri hesab edirlər ki, bu cür heroqliflər müasir vəftiz mərasimini xatırladan ayinlər zamanı uşaqların üzlərinə tətbiq olunub.
Başqa bir nəzəriyyəyə görə, valideynlər baş ağrılarını aradan qaldırmaq və uşaqları xəstəliklərdən qorumaq üçün döymələr tətbiq edirdilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB