Alimlər 2,6 milyard il yaşı olan qədim su tapıblar...

...Geoloq Barbara Şervud Loların rəhbərlik etdiyi Kanadalı tədqiqat qrupu unikal kəşf edərək, 1,5-2,6 milyard il yaşı olduğu təxmin edilən su tapıb.

Su tapmaq üçün qrup 3 kilometr dərinlikdə quyu qazıb.

Elm adamları qayaların arasında sıxılmış az miqdarda su tapacağını gözləyirdilər, lakin bunun əvəzinə dəqiqədə bir neçə litr sürətlə fışqırmağa başlayıb.

SİA-nın məlumatına görə, "Arquments and Facts" qəzeti yazır ki, Şervood Lollar-a görə, su "çox duzlu və acı", dəniz suyundan əhəmiyyətli dərəcədə şor idi.

Suyun yüksək duzlu olması onun qədim mənşəyini təsdiqləyirdi. Duzlu su ümumiyyətlə daha köhnədir, çünki minerallar zamanla tərkibində həll olur. Bu, yerin altında yetişdikcə suyu daha duzlu edir. Bundan əlavə, suda mikroorqanizmlər aşkar edilib. Sulfat səviyyəsi bu bakteriyaların milyardlarla ildir suda mövcud olduğunu təsdiqlədi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə