Həkim isti havalar üçün ideal içkiləri sadalayır...

...Britaniyalı terapevt Nataşa Fernando isti havalar üçün ideal olan içkiləri sadalayıb.

SİA xəbər verir ki, onun məsləhətinə “Metro” istinad edir. Deməli, həkimin sözlərinə görə, susuzlaşmamaq üçün yalnız su içmək lazım deyil.

Belə ki, Fernando isti havalarda süd içməyi məsləhət görüb: tərkibində şəkər, zülal və yağ olduğuna görə bu içki daha yavaş həzm olunur.

...Süddə həmçinin natrium var ki, bu da orqanizmə suyu daha uzun müddət saxlamağa imkan verir və nəmlənmə səviyyəsini saxlamağa kömək edir.

Adi südün bitki əsaslı alternativləri oxşar xüsusiyyətlərə malikdir və soya südündə də su balansını qorumağa kömək edən elektrolitlər var

Bunu da terapevt qeyd edib.

Susuzluqla mübarizə aparmaq üçün o, həmçinin qarpız, hindistan cevizi suyu, xiyar və ya xiyar suyu eləcə də su ilə seyreltilmiş təzə sıxılmış meyvə şirələri içməyi tövsiyə edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə