Neyron şəbəkəsi Əhdi-Ətiqin müəllifliyinə şübhə edir..?

Alimlər, xüsusən də dünyanın yaradılmasından, Böyük Daşqından və Nuhun gəmisindən bəhs edən Əhdi-Ətiqin mətnini öyrənmək üçün süni intellektdən istifadə etmək qərarına gəliblər.

Yada salaq ki, dini versiyaya görə, Əhdi-Ətiqin bir müəllifi var - Musa.

Ancaq mətni "oxuduqdan" sonra süni intellekt buna şübhə etməyə başlayıb.

SİA-nın məlumatına görə, o, bir neçə müəllifin olduğunu iddia edir.

Üstəlik, mətn müxtəlif vaxtlarda yaradılmışdır.

Süni intellekt bu qənaətə Əhdi-Ətiqin dərin linqvistik təhlilindən sonra gəlib. Məlum olub ki, müəlliflərin müxtəlif yazı üslubları var.

Üstəlik, eyni kitabda belə üslub fərqləri aşkar edilmişdir. Yəni mətnlər müxtəlif dövrlərdə redaktə olunub. Onlar yenidən yazılmış və dəyişən tarixi şəraitə uyğunlaşdırılmışdır - qədim israillilərin köçəri həyat tərzindən tutmuş Babil əsarətinə və sürgündən qayıtmağa qədər...

Tarixçilərin fikrincə, Əhdi-Ətiq minillik ərzində - təxminən eramızdan əvvəl 1400-cü ildən 4-cü əsrə qədər formalaşmışdır. Müqəddəs yazıların yaradılması çoxmərhələli və kollektiv bir iş idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə