Krasnoyarskda beş min illik artefaktlar tapılıb...

Krasnoyarskda gələcək Surikov Mərkəzinin yerində beş min il əvvələ aid artefaktlar aşkar edilib.

SİA xəbər verir ki, bu barədə yerli “7 My Krasnoyarsk” portalı məlumat yayıb.

Avqustda adı çəkilən mərkəzin tikintisinə başlanılacaq ərazidə arxeoloqlar şəhərin tarixinə aid onlarla əsər aşkar ediblər. Ən son tapıntılar arasında 1913-cü ilə aid taksi sürücüsünün nömrə nişanı, döş xaçları, düymələr, 1903-cü ilə aid sikkələr və aptek şüşələri var.

...Artefaktların dəqiq yaşını tarix təyin edildikdən sonra müəyyən edəcəyik, lakin artıq əminliklə deyə bilərik ki, onun 5 min ildən çox yaşı var.

Bunu “Sibirin Arxeoloji Tədqiqatları” ANO-nun direktoru Timofey Klyuçnikov deyib və əlavə edib ki, aşkar edilmiş bütün əşyalar V. İ. Surikov Muzey Əmlakına təhvil veriləcək. Qeyd olunur ki, arxeoloji işlər iyunun sonunadək yekunlaşacaq, avqustun 1-də isə Krasnoyarskın 400 illiyinə həsr olunmuş mədəniyyət mərkəzinin tikintisinə başlanılacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə