Marsın nüvəsinin necə qoxuduğu kəşf edilib...

...NASA-dan olan amerikalı alimlər aşkar ediblər ki, Marsın nüvəsi cəmi bir neçə milyon il ərzində əmələ gəlib. Özü də Yerin nüvəsindən daha sürətli...

Bu proses qatı qayalardan planetin mərkəzinə doğru sızan ərimiş dəmir və nikel sulfidləri tərəfindən sürətləndirilib.

SİA-nın məlumatına görə, tədqiqat Nature Communications (NatComms) elmi jurnalında dərc olunub.

Bir planetin nüvəsinin formalaşması adətən milyardlarla il çəkir, dəmir və nikel kimi ağır elementlər tədricən mərkəzə doğru batarkən, planetin daxili hissəsi radioaktiv istiliklə ərimiş qalır.

Bununla belə, Mars meteoritlərindən əldə edilən dəlillər göstərir ki, Qırmızı Planetin nüvəsi günəş sisteminin doğulmasından dərhal sonra əmələ gəlib.

Sem Krosslinin rəhbərlik etdiyi Conson Kosmik Mərkəzinin (NASA) alimləri erkən Marsın şəraitini yenidən yaratmaq üçün təcrübələr aparıblar.

Onlar kükürdlə zəngin süxur nümunələrini 1020°C-yə qədər qızdırıblar ki, bu da dəmir və nikel sulfidlərinin əriməsinə və bərk süxurdakı mikro çatlar vasitəsilə nüfuz etməsinə imkan verib.

Meteoritlərin əlavə tədqiqatları fərziyyəni təsdiqləyib: onların tərkibindəki platin metallarının izləri eksperimental nəticələrlə üst-üstə düşüb.

Bu o deməkdir ki, oxşar proses Günəş sistemindəki digər cisimlərdə də baş verə bilərdi.

Maraqlıdır ki, kəşf həm də Marsın nüvəsinin kükürdlə zəngin olduğunu göstərir ki, bu da ona xarakterik çürük yumurta qoxusunu verir. Yeni məlumatlar planetlərin təkamülünü və onların maqnit sahələrini daha yaxşı başa düşməyə kömək edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə