Minskdə bir qız “ximçistka”ya, yəni təmizlik şirkətinə yudurtmaq üçün nənəsindən qalma yastıq gətirib.
...Və “ximçistka” işçiləri nənəsindən qalma yastığın içərisində dörd min dollardan çox olan bir bağlama tapıblar.
...Hə, indi deyirsiniz bu nənədən nəvəyə mirasmış..?
Deməli, SİA belarusların “Luninetskie Novosti” nəşrinə istinad edir.
Yenə deməli,.. Minskin yastıq təmizləmə şirkətlərindən birinin sahibi, 18 illik “yastıqyuma” təcrübəsində heç vaxt belə halla rastlaşmadığını deyir.
Onun dediyinə görə, bu vata qədər “yastıqyuma” hər cür şey tapılıb, məsələn, kağız klipləri, dırnaqlar, sancaqlar...
Amma yastığın içindən paketə bükülmüş dörd min dollar tapmayıblar,..yox, artıq tapıblar.
Onu da deyim ki, yastıqyuyan da halal adammış...
...Pulu özüm üçün mənimsəmək heç ağlıma da gəlmədi.
Görürsünüzmü, yastıqyuyan deyir bunu, və əlavə edir ki,
...tapıntını dərhal müştəriyə verdim. Qız heyrətləndi və sevindi. O, yastığın keçən il dünyasını dəyişən nənəsinə məxsus olduğunu bildirdi. Yaşlı qadın o vaxt nəvəsinə miras qoyacağına eyham vurub, amma harada gizlədəcəyini deməyib..?
Deyirəm, yəqin nəvəsinə sürpriz hazırlayıbmış.
Amma, yastıqyuyan, doğrudan da, halal adammış..!
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə