Evli cütlük 7 il əvvəl itkin düşən itinə qovuşub. 2017-ci ildə naməlum şəxslər Potter ailəsinin həyətindən Deyzi adlı labradoru oğurlayıb, iti zorla maşına mindirilib və oradan uzaqlaşdırılıb.
SİA-nın məlumatına görə, ev sahibləri dərhal polisə müraciət etsələr də, ev heyvanlarını tapa bilməyiblər.
Yeddi il sonra, Heyvanlara Qəddarlığın Qarşısının Alınması Kral Cəmiyyətinin işçisi sayəsində 13 yaşlı Deyzi evindən 200 mil aralıda tapılıb.
Təəssüf ki, heyvanın vəziyyəti narahatlıq doğururdu: tükləri tutqun və çirkli idi, süd vəzilərində şişlər əmələ gəlmişdi, heyvanın bud sümüyü çıxığı diaqnozu qoyulmuşdu.
Deyzini tapan kişi yalnız son üç ildə ona baxdığını etiraf edib və onu sığınacağa təhvil verməyə razılaşıb.
Hərtərəfli müayinədən sonra baytarlar itin oğurlandığını təsdiqləyən mikroçip tapıblar.
Cütlük sevimliləri ilə görüşmək ümidini heç vaxt itirmədiklərini bölüşüblər.
Könüllülərin dediyinə görə, Deyzi yaxşılaşır və səhhətində problemlər olsa da, o, indi sevgi və qayğı ilə əhatə olunacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə