…Yazda doğulan uşaqlar yetkinlik dövründə həddindən artıq pozitiv, şən və nikbin olurlar. Payızda doğulanlar isə daha çox depressiyaya düşürlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “yourtango.com” yazır ki, bu, Avropa Neyropsixofarmakologiya Kollecinin alimlərinin araşdırmaları zamanı gəldiyi nəticədir.
Aparılan araşdırmaya görə, insanın doğulduğu ilin vaxtı onun yetkinlik dövründə sahib olacağı şəxsiyyətə böyük təsir göstərir.
Müəlliflərinin fikrincə, yayda doğulan uşaqlar əsəbi olur, qışda doğulan uşaqlar isə daha az əsəbi yetkinlərə çevrilirlər.
...Bunun səbəbi ilin fəsllərinin uşağın beynində şəxsiyyət xüsusiyyətlərinə təsir edən kimyəvi maddələrə təsir etməsidir.
Bu, məqalədə deyilir.
...Bu, ilin müəyyən bir vaxtında doğulan bütün körpələrə aid olmasa da, bəziləri üçün göstəricidir.
Eyni zamanda, araşdırmada cəmi 400 nəfərin iştirak etdiyi vurğulanır və bu, o qədər də çox deyil ki, gələcək övladınızı doğulması üçün fəsil seçərək onu depressiyadan qoruya bilərsiniz.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə