...Rusiya Elmlər Akademiyasının Krım Arxeologiya İnstitutunun alimləri Krımın şərqində yerləşən qədim Nimfeya şəhərində su toplamaq üçün çənlər aşkar ediblər. SİA rus saytlarına istinadən xəbər verir ki, eramızdan əvvəl III əsrdə baş vermiş dağıdıcı zəlzələdən sonra sakinlər xüsusi su çənləri tikməyə başlayıblar.
Tədqiqatçı Denis Beilinin sözlərinə görə, çənlər sulu təbəqələrin yerdəyişməsi səbəbindən yaranan su çatışmazlığına cavab olub.
Nimfeyanın bir hissəsi olduğu Bosfor krallığı Kerç boğazının şəhərlərini birləşdirdi və Yunan-Skif sivilizasiyasının mərkəzinə çevrilib.
Tapılan çənlərdən min ton tutumu olan çənlərdən biri lillənmənin qarşısını alan keramika materialı ilə bəndlənmiş və üzlənmişdir. Belə strukturlar regionda indiyədək görülməyib.
…Yada salaq ki, Dağıstanda arxeoloqlar bir neçə milyon il yaşı olan alətlər tapıblar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə