...Tədqiqatçılar 96 000-dən çox könüllünün iştirak etdiyi əvvəllər dərc edilmiş 33 araşdırma əsasında meta-analiz aparıblar.
SİA-nın məlumatına görə, əsas iştirakçıların fiziki fəhttps://news.rambler.ru/world/45853308-devochku-v-kalifornii-priznali-docheryu-treh-ottsov/?utm_source=head&utm_campaign=self_promo&utm_medium=news&utm_content=newsaliyyəti və psixi sağlamlığı haqqında məlumatları olub.
...Və məlum olub ki, hətta gündəlik addımların sayının bir qədər artması depressiya riskini 9 faiz azaldır. Üstəlik, bu təsir kümülatifdir və aktivlik artdıqca güclənir. Məsələn, hər gün 7000 addım yeriyən insanların depressiya riski 5000 addım gedənlərlə müqayisədə 31 faiz az idi.
7500 addım addımlayanların depressiyaya düşmə ehtimalı 43 faiz azdır. Nəticələrin bütün yaş və cins qruplarında eyni olması diqqətəlayiqdir.
Qeyd edək ki, bir müddət bundan əvəl SİA rusiyalı həkimə istinadən dünyada psixi sağlamlığın pisləşməsini necə izah etdiyini, narkoloqun isə yatmazdan əvvəl spirtli içki içməyin zərərləri barədə məlumat vermişdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə