...Leninqrad vilayətində bir kişi pişiyin cırmaqlaması nəticəsində ölüb.
SİA bu barədə rus saytlarına istinad edir.
Deməli rusların yazdığına görə, faciə “Osniçki” SNT-də baş verib; 55 yaşlı kişi hadisə zamanı sanatoriyada müalicə olunan həyat yoldaşı ilə birlikdə fərdi evdə yaşayırmış. Kişinin noyabrın 22-də aşkar edərək geri gətirdiyi cütlüyün evindən pişik qaçıb.
Elə həmin gün axşam o, qonşusuna zəng edərək ev heyvanının onu pis şəkildə cırmaqladığını, axan qanaxmanı dayandıra bilmədiyini söyləyib.
Bu vaxt tanışlardan biri zərərçəkənin evinə qaçaraq təcili yardım çağırsa da, o, tibb işçiləri gələnə qədər o dünyasını dəyişib.
...Mərhumun həyat yoldaşının daha bildirdiyinə görə, əri şəkərli diabet xəstəsi olub.
Məhkəmə-tibb ekspertləri kişinin ağır qan itkisi səbəbindən öldüyünü təsdiqləyib. Onun baldır nahiyəsində pişiyin pəncəsinə uyğun bir kəsik tapılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə