"Ulu Öndər çağdaş gender siyasəti həyata keçirib" - Tahir Budaqov

"Ümummilli Lider Heydər Əliyevin müstəqillik dövründə rəhbərlik etdiyi 1993-2003-cü illərdə milli mənəvi dayaqlara əsaslanan gender siyasəti həyata keçirilib. Azərbaycan Respublikasının Konstitusiyasında da gender siyasətinin hüquqi əsaslarının təsbit olunmasını xüsusi vurğulamaq lazımdır". SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, bununla yanaşı Heydər Əliyevin imzaladığı sərəncamlar və fərmanlar birbaşa yaxud dolayı yolla qadın problemlərinin həllinə yönəlmişdir: "Ulu Öndər çağdaş gender siyasəti həyata keçirməklə özündən sonra nümunəvi miras qoymuşdur.

Heydər Əliyevin gender siyasətini inamla davam etdirən cənab Prezident İlham Əliyevin siyasi varislik prinsipinə əsaslanan fəaliyyətində qadınların müxtəlif sahələrdə rolunun artırılması mühüm yer tutur. Qadınlara etimad göstərilməsi, onların yüksək fəallıqla çıxış etməsi üçün şərait yaradılması Prezidentin gender məsələlərini diqqət mərkəzində saxladığını göstərir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə