“Heydər Əliyev İli” çərçivəsində respublika konfransı keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə 1970-ci illərdən başlayaraq böyük dəstəyi olub. O, tarix və arxeologiya elmlərinə, xalqımızın mədəni irsinin öyrənilməsinə xüsusi əhəmiyyət verirdi. Bu diqqət və qayğının nəticəsində arxeoloq alimlərin bir sıra vacib nailiyyətləri olub. Hazırda bu istiqamətdə işlər Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. SİA xəbər verir ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində aprelin 27-də “Heydər Əliyev-100: arxeologiya, etnoqrafiya və antropologiya elmlərinin prioritet məsələləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransa təqdim olunan məruzələrin mövzuları Azərbaycanda arxeoloji, etnoqrafik və antropoloji tədqiqatlara həsr edilməlidir. Ulu Öndərin Azərbaycan tarixinin və mədəni irsinin öyrənilməsi istiqamətində verdiyi töhfələr və indiki dövrdə bu işlərin ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilməsi məqalələrdə əks olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə