…Tədqiqat nəticələri Avropa Tətbiqi Fiziologiya Jurnalında (EJAP) dərc edilən Edith Kouen Universitetinin (Avstraliya) alimləri belə qənaətə gəliblər ki, gündə cəmi beş dəqiqə ekssentrik məşq oturaq həyat tərzi keçirən insanların sağlamlıqlarına əhəmiyyətli faydalar gətirə bilər.
SİA-nın məlumatına görə, təcrübədə kardio və ya güc məşqləri etməmiş oturaq işlərlə məşğul olan könüllülər iştirak edib.
Tədqiqatın əvvəlində bu insanlar fiziki hazırlıqlarını və psixi sağlamlıqlarını qiymətləndirmək üçün bir sıra testlər keçiriblər. Daha sonra onlardan yük altında əzələlərin uzanmasını nəzərdə tutan beş dəqiqəlik gündəlik eksantrik məşqləri yerinə yetirmələri istənilib.
Dörd həftə ərzində iştirakçılar hər gün on çömbəlmə, əyilmə, divar təkanları və baldır qaldırma hərəkətlərini yerinə yetiriblər. Onlardan əzələ işinə daha yaxşı nəzarət etmək üçün düzgün texnikaya diqqət yetirmələri istənilib.
Nəticələr göstərib ki, bir aylıq qısamüddətli məşqdən sonra könüllülərin orqanizmində yağın əzələ kütləsinə nisbəti dəyişməyib, lakin onların əzələ gücü və elastikliyində, eləcə də psixi rifah səviyyəsində əhəmiyyətli irəliləyişlər müşahidə olunub. Bundan əlavə, məşqləri yerinə yetirərkən ürək dərəcəsinin tədricən azalması ilə sübut olunduğu kimi, subyektlər daha möhkəm olub.
…İnsan yaşlandıqca, onun fitnes səviyyəsi ildə orta hesabla 1-2 faiz azalır.
…İnsan oturaq həyat tərzi keçirirsə, 50 yaşında onun fitnes və dözümlülük səviyyəsi 30 yaşındakı ilə müqayisədə 20 faiz aşağı olacaq.
Alimlər vurğulayırlar ki, idman xüsusilə yaşlı yetkinlərdə oynaqların və xroniki xəstəliklərin riskini azaldır və gücləndirir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə